Zurabişvili Bakıda dediyini İrəvanda niyə təkrarlamadı?

Baxış sayı: 
148
1  
0  

Ermənistana səfər edən rəsmilər heç də həmişə protokola görə qondarma erməni soyqırımı abidəsini ziyarət etmirlər.
 
Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin Gürcüstan prezidentinin Ermənistana səfəri ilə bağlı təhlilində yer alıb.
 
Mərkəz qeyd edib ki, Zurabişvili qondarma erməni soyqırımı abidəsini ziyarət edirsə, demək, Türkiyə və Azərbaycanın bununla bağlı narazılığı onu narahat etmir:
 
“Rusiya ilə Ermənistan arasında idxal-ixrac əməliyyatları və qaz nəqli Gürcüstan üzərindən həyata keçirilir. Gürcüstan Ermənistan üçün vacib nəfəslikdir. Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpa olunmamasına baxmayaraq, Tiflis öz üzərindən Rusiya-Ermənistan əməkdaşlığına mane olmur. Paşinyan Zurabişvili ilə görüşdə bildirdi ki, Ermənistanla Gürcüstan arasındakı münasibətlər ortaq strateji maraqlar üzərində qurulmalıdır. Bu bir istəkdir, reallığa söykənmir. Məsələ burasındadır ki, prinsipial məsələlərdə iki ölkənin üst-üstə düşən strateji maraqları yoxdur”.
 
Təhlildə Zurabişvilinin “ermənilər və azərbaycanlıların Gürcüstanda sülh içində yaşaması” ilə bağlı fikirlərinə də yer ayrılıb:
 
“Zurabişvili bu sözləri ilə ona işarə edir ki, son günlərdə Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında münasibətlərdə gərginlik var. Bunun da səbəbi Xocalı soyqırımında iştirak edən terrorçuya Gürcüstanda abidənin qoyulması və Tiflisin buna seyrci qalmasıdır. Zurabişvili onu da aydın başa düşür ki, Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Gürcüstan bu prosesdən kənarda qala bilməyəcək”.
 
Mərkəz Zurabişvilinin Ermənistan prezidenti ilə görüşünə də diqqət çəkib:
 
“Armen Sərkisyan “münaqişələr fərqlidir” açıqlaması ilə Abxaziya və Cənubi Osetiyanı sözdə Gürcüstanın tərkib hissəsi kimi tanıyarkən, Dağlıq Qarabağ nümunəsində də fərqli yanaşma ortaya qoyur. Təəssüf ki, Zurabişvili İrəvandakı açıqlamalarında bölgədəki bütün münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həlli vacibliyini vurğulamadı”.
 
Mərkəz bildirib ki, Zurabişvilinin Ermənistan prezidentini Batumi konfransına dəvət etməsi də sual doğurub:
 
“Birincisi, Batumi konfransında əsas mövzu nəqliyyat xətləri olacaq. Bölgədəki nəqliyyat xətlərinin mütləq əksəriyyəti Azərbaycan, Gürcüstan və Türkiyədən keçir. Azərbaycan haqlı olaraq Ermənistanı bütün bu layihələrdən təcrid edib. İkincisi, Zurabilvişi Batumi konfransına Azərbaycan prezidentini də dəvət edib. İlham Əliyev gürcü həmkarına təklif edib ki, iki ölkənin birgə nümayəndələri Çində də təqdimat keçirsinlər. Bu onu göstərir ki, İlham Əliyev Çinin də Azərbaycan və Gürcüstanın iştirak etdiyi nəqliyyat dəhlizinə qoşulmasını istəyir. Əgər Batumi konfransına Ermənistan prezidenti gələrsə, Azərbaycanın orada iştirakı reallaşmaya da bilər. Çünki Azərbaycan Ermənistanla eyni regional layihələrdə iştirak etmir. Odur ki, Zurabişvili seçim etməlidir”.

Загрузка...
Загрузка...