Zərrabın gizli sənədləri yandırıldı: İstanbulda sensasiyalı həbslər

 
“Casusluq” istintaqı çərçivəsində bütün əmlakı müsadirə olunan Rza Zərrabın İstanbuldakı şirkətində çalışanlardan 7 nəfər həbs edilib.
 
Axar.az xəbər verir ki, İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən saxlanılan 7 nəfərin Zərrabın ən yaxın adamları olduğu və şirkətin bütün sirlərini bildikləri qeyd olunub.
 
Məlumata görə, Zərrabın ABŞ-da vəkili vasitəsilə Votsapdan əl yazısı qeydi göndərdiyi Sinəm A. onun 3 il ərzində katibəsi olub. Zərrabın bütün özəl və gizli yazışmalarının Sinəm A.-nın əlindən keçdiyi üzə çıxıb. Katibənin Zərrabın 17-25 dekabr (2013) prosesləri sonrasında qurduğu əlaqələri və yazışmalarını təşkil edən “qara qutu” olduğu bildirilib.
 
İstintaqı davam etdirilən digər şəxslərdən Rəqaib A. həbsə girdikdən sonra Zərrabın maliyyə məsələlərinə, Mustafa H. isə iş yeri və evindəki texniki məsələlərə rəhbərlik edib. Saxlanılan bir digər şəxs barədə isə “Dövlətin təhlükəsizliyinə, xarici və ya daxili siyasi yararlarına dair sənəd və vəsiqələri yox etmək, təxrib etmək və oğurlamaq” maddəsi ilə ittiham qaldırılıb.
 
Qeyd edək ki, sözügedən şəxslər Rza Zərrabın İstanbulda bir yaxınına aid holdinq binasında külli miqdarda sənədləri yandırmağa çalışıb. Hadisə yerinə gələn polislərin müdaxiləsi nəticəsində sənədlərin bir qismini xilas etmək mümkün olub.

Загрузка...
Загрузка...