Zövqsüz Hollivud ulduzlarını tamamilə dəyişdirən əfsanəvi dizayner - FOTO

Baxış sayı: 
169
0  
0  

Dünən Hollivudu fəth edən avropalı dizayner Corc Armaninin 84 yaşı tamam olub.
Publika.az xəbər verir ki, Corc Armanini Hollivudda qırmızı xalça mərasimlərində ulduzların obrazlarını dəyişdirən, onları daha təmtəraqlı və zərif göstərməyə qadir olan misilsiz dəb ustası adlandırırlar. Bu, süni tərif deyil, həqiqətdir.
Günəşdə qaralmağı sevən italyan, "ulduz fabrikinə" gələnə qədər “Qızıl Qlobus” və “Oskar” mərasimləri ümumi bir fəlakət idi. Aktyorlar qırmızı xalçaya adi cins şalvarda, ipli köynəkdə, hətta şortlarda çıxırdı. Naməlum moda evlərindən geyinən ulduzların libasları isə sadəcə kabus idi. Filadelfiya Universitetinin tarixi kostyumlar kolleksiyanın kuratoru - Kler Sauro dəb tarixinin yorucu dövründən danışarkən bildirib ki, 90-cı illərə qədər Hollivudda sənət adamları özləri geyinirdilər, stilist və dizayner köməyindən istifadə etmirdilər.
 
 
Amma Corc Armani öz gəlişi ilə hər şey dəyişdi. Əsl kinoman avropalı həmkarları arasında ilk dizaynerdir ki, Beverli Hillz şəhərində butikini açaraq böyük ekranın birinci şəxsləri ilə yaxınlaşmağa başlayıb.
 
"Oskar" ərəfəsində, 1990 ildə Armaninin stilisti və dəb eksperti Vanda Makdeniel cəlbedici təkliflə ulduzlara şəxsən zəng edərək, "İcazə verin sizi biz geyindirək" , - deyə bildirib. Dəstəyin o başında isə özündənrazı kino ulduzları "Mən özüm geyinə bilərəm! Corco Armani kimdir belə?" deyərək bu təklifi kobud şəkildə rədd etmişdilər.
Nəticədə Mişel Pfayffer, Cessika Lenq və Culiya Roberts Armanidən geyinməyə razılaşmışdı. Onlar qırmızı xalçada o qədər gözəl görünürdülər ki, jurnalistlər mərasimi dizaynerin şərəfinə “Armani mükafatı” adlandırmışdı.
 
“Armanidəki qızlar" tədbirin digər xanım qonaqları ilə qəribə bir təzad təşkil edirdi. Bu hadisədən sonra Makdanielin telefonları susmaq bilmirdi, səhəri gün sənət dünyasının tanınmış simaları ona zəng edərək çoxlu paltar sifariş vermişdi.
Bununla belə Armani hamı üçün işləmək niyyətində deyildi. Maestro hər zaman seçici olub. Armani donu - bağlı kluba giriş üçün fərqləndirici nişandır və bu fəşn-cəmiyyətinə yalnız seçilmiş şəxslər üzv ola bilər.
Dizaynerin 84 yaşı tamam olması münasibətilə onun ulduzlar üçün hazırladığı bir neçə qırmızı xalça obrazlarını xatırlatmışıq.
Aytən

Загрузка...
Загрузка...