"Zeytun budağı"ndan sonrakı hərəkatın hazırlıqları aparılır - PKK-nı kökündən vuracaq 4 MƏRHƏLƏLİ PLAN

Baxış sayı: 
142
0  
0  

Afrin şəhərində həyata keçirilən “Zeytun budağı” hərəkatının tamamlanmasından sonra PKK terror təşkilatının İraqdakı qoluna qarşı mübarizə planı dəqiqləşir.
Publika.az xəbər verir ki, Türkiyə bu mövzuda İraq hökuməti ilə danışıqlar aparır və sərhəd dəstəyi üçün İranla görüşür.
Hərəkatın çərçivəsi və əməliyyatların aparılacağı nöqtələr də plana daxil edilir. 4 mərhələli şəkildə gerçəkləşdirilməsi nəzərdə tutulan hərəkatla təşkilatın bölgədəki varlığına son qoyulması hədəflənir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrindən sonra Münbiç, Suriyanın və İraqın şimalını əhaət edən hərəkat planından danışması xarici işlər naziri Mövlud Çavuşoğlunun PKK-nın İraq və Şimali İraqdakı varlığına qarşı may ayında İraq hökuməti ilə hava və quru hərəkatı başladılacağını açıqlaması İraq və İran hökumətlərində canlanma yaradıb.
Ortaq hərəkat
İraqla yanaşı, Şimali İraq Kürd Muxtariyyəti ilə sıx-sıx görüşlər keçirilir. Xarici İşlər Nazirliyi, Baş qərargahlıqdan mütəxəssislərin qatıldığı görüşlərdə PKK-nın bölgədəki siyasi və hərbi varlığı müzakirə edilir. Hərəkatın həcmi, müddəti və risklərin dərəcəsi açıqca paylaşılır. Türkiyə və İraq Silahlı Qüvvələrinin hərəkatda iştirak faizləri, qurudan və havadan təşkil edilən əməliyyatlar müzakirə edilir.
Bununla yanaşı, Bağdad hökumətinin səlahiyyətində olan bölgələrdəki PKK-çılara mövqelərini tərk etmək çağırışı göndərilib.
4 mərhələli plan
Hərəkatın ilk mərhələsində Mahmur bölgəsinin terrorçulardan təmizlənməsi nəzərdə tutlub. PKK-çılardan təmizlənən düşərgə nəzarət altında saxlanılacaq. Sonrasında İŞİD-ə qarşı əməliyyatlar çərçivəsində bölgəyə gələn PKK-çılara xəbərdarlıq göndəriləcək. Ardınca hərbi hərəkat planı tətbiq ediləcək.
Hərəkatın ən çətin mərhələsinin təşkilatın idarəetmə mərkəzinin yerləşdiyi Qəndildə olması gözlənilir. Bu əməliyyatlar İranın dəstəyilə gerçəkləşdiriləcək. 30 ildən çoxdur fəaliyyət göstərən təşkilatın əməliyyatlara qarşı böyük hazırlıqlar gördüyü ehtimal edilir.
Zümrüd

Загрузка...
Загрузка...