​Zaxarovadan Qarabağla bağlı AÇIQLAMA

Baxış sayı: 
87
1  
0  

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirliyi ilə planlaşdırılmış görüşlər davam edir.
 
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Dağlıq Qarabağdakı hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
O bildirib ki, görüşlər başa çatdıqdan sonra mediaya lazımi açıqlama veriləcək.
 
Zaxarova Azərbaycanın Rusiyadakı səfiri Bülbüloğlunun Andrey Rudenko və Aleksandr Qorov ilə görüşdüyünü və bu görüşdə iyul ayında cəbhə xəttindəki gərginlikdən sonra Moskvada azərbaycanlı və ermənilər arasında yaşanan insidentlərə bənzər hadisələrin olmamasını müzakirə etdiklərini qeyd edib.
 
Zümrüd

Загрузка...
Загрузка...