Zaur Baxşəliyev: “Nə dünya 90-cı illərdəki dünyadır, nə də Azərbaycan”

Baxış sayı: 
95
2  
0  

“Dünənki izdiham, səslər hələ də qulağımdadır. Əminəm ki, hamımız səhəri dirigözlü açmışıq. Azərbaycan xalqı bir daha sübut etdi ki, Qarabağı unutmamışıq, torpaqlarımızı istəyirik. Ermənilərdən fərqli olaraq bizim heç kəsin torpağında gözümüz yoxdur, öz torpağımızı tələb edirik. Nə dünya 90-cı illərdəki dünyadır, nə də Azərbaycan 90-cı illərin Azərbaycanıdır. Əgər o illərdə informasiya blokadamız vardısa, hər şeyi bizim boynumuza atırdılarsa, indi bu qeyri-mümkündür. Bir daha sübut olundu ki, dünyanın pandemiya ilə mübarizə apardığı bir dönəmdə onlar heç nəyi vecinə almır, mənsub olduqları iyrənc xislətlərindən əl çəkmirlər. Azərbaycan xalqı hər zaman torpağının, dövlətinin, Ali Baş Komandanının yanındadır. Əgər söhbət torpaqdan gedirsə, biz birlikdəyik, fərqi yoxdur, kim hansı cəbhədədir, siyasi baxışı nədir. Bizi birləşdirən dəyərlər var. Dünən anladıq ki, bu provakasiyaları edən tək ermənilər deyil, apardığımız müstəqil siyasətə qısqanclıqla yanaşan erməni adlı mənfuru silah kimi əlində saxlayan görünən və görünməz qüvvələrdir”.
 
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə yazıb.
 
O, dünən gecə saatlarında Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya barədə fikirlərini paylaşıb. Aparıcı bildirib ki, aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirib: “Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Bizi istəməyən, daim daxili iğtişaş, vətəndaş qarşıdurması yaratmaq istəyən hər kəs dünən məyus oldu. Azərbaycan xalqı bir daha ayağa qalxır, yalnız düşmənə qarşı. Allah canını fəda edən şəhidlərimizə rəhmət etsin!
 
Nəzərə alaq ki, pandemiya hələ bitməyib, xəstəxanalarda nə qədər nəfəs ala bilməyən COVID-19 xəstələrimiz var. Son dərəcə ehtiyatlı və diqqətli olaq. Düşmənləri sevindirməyək. Biz ora sağlam getməliyik. Dünən Azərbaycan hökuməti xalqın şəhidinə olan ehtiramını hörmətlə qarşıladı, baxmayaraq ki, dünya pandemiya ilə mübarizədədir, dövlət hər şeyi göz önünə alaraq vətəndaşı ilə bir oldu. Xalqın arxasında dayandı”.

Загрузка...
Загрузка...