​Zamanı saxlayan qadın: Cennifer Lopezin 12 gözəllik sirri – Fotolar

Baxış sayı: 
54
1  
0  

Dünya şöhrətli müğənni, aktrisa Cennifer Lopez, deyəsən, zamanı saxlamağı bacarıb. Bu yaxınlarda “Versace”nin təqdimatında məşhur “çılpaq libas”ı geyinən ulduz 20 il əvvəlki kimi görünüb. Və deyəsən, o vaxtdan heç nə dəyişməyib…
 
“Qafqazinfo” sizə 50 yaşlı Cennifer Lopezin illərlə cavan görünməyinin 12 sirrini təqdim edir:
 
Heç vaxt məşqləri buraxmır
 
 
 
Sən doğum günündə idman zalına gedərsən? Və ya parkda qaçarsan? Çox güman, yox. Cennifer isə mütləq. Növbəti konsert turundan sonra o, İnstaqramda bunları yazıb: “Bugünkü şoudan sonra özümü super qadın hiss edirəm! Əvvəl mən fikirləşirdim: “27 günə 15 konsert – çoxdur”. Amma mən özümə söz verdim ki, bu qrafik məni zəiflətməyəcək… Əksinə, mən güclü olacağam. Məşq edəcəyəm və həyatımın ən yaxşı forması üzərində çalışacağam! Bəli, elə məqamlar olurdu ki, çox uçanda və idmanla məşğul olmaq lazım olanda yorulurdum. Hər şeyə tab gətirdiyimə görə indi ancaq xoşbəxtlik və minnətdarlıq hissi keçirirəm”.
 
Glikolik turşudan istifadə edir
 
 
 
O, dəri üçün əla eksfoliat kimi məşhurdur: ölmüş hüceyrələri təmizləyir və dərinin yenilənməsini təmin edir. Xüsusilə də qaralmış yetkin dəriyə yaxşı təsir göstərir və Lopez bu turşunu sağlam parıltı mənbəyi adlandırır.
 
Çoxlu zülal yeyir
 
 
 
Sirr deyil ki, Cey Lonun sərt pəhrizi var. Buna əmin olmaq üçün onun qarın əzələlərinə baxmaq kifayət edir. Çox güman, o da qadağan olunmuş nəsə yemək istəyir! Amma bir çoxlarından fərqli olaraq, o, bunun cazibəsinə tabe olmur və karbohidratları zülallarla əvəzləyir: “Nəsə ziyanlı bir şey istəyəndə zülal – mənim xilasımdır. O, çox tez doyuzdurur və əzələlər üçün yanacaq rolunu oynayır”.
 
Səhərlər məşq edir
 
 
 
Bu, ulduzun İnstaqram hesabından yaxşı görünür, harada ki, o, yeni idman formasında selfilər yerləşdirir: “Bütün günü işıq saçmaq üçün günəşlə bərabər oyanıram. Yeni “leqins”lərdə məşq etməyə hazırlaşıram”. Və dərhal başa düşülür ki, belə bədən səhərlər yatmayanlara nəsib olur!
 
Demək olar, qaralmır
 
 
 
Və ona görə yox ki, o, vampirdir. Məlumdur ki, ultrafiolet kollaqeni dağıdır və dərinin elastikliyini korlayır. Bu da erkən qocalmaya səbəb olur. Lopez uzun müddətli günəş vannlarından qaçır: “Mən SPF kreminə inanıram və çalışıram ki, günəş altında az olum”.
 
Pis vərdişlərlə əylənmir
 
 
 
“Mən siqaret çəkmirəm, kofe və spirtli içki içmirəm. Bu, dərini korlayır və insanları yaşlı göstərir”, – Cennifer Lopez müsahibəsində etiraf edir.
 
Çox yatır
 
 
 
Bunsuz da keçinmək olmur! “Özümü yaxşı hiss etmək üçün mənə 9-10 saat yuxu lazımdır. Minimum 8 saat”.
 
Hər gün meditasiya edir
 
 
 
Sən demə, o, bununla 2015-ci ildə məşğul olmağa başlayıb. Buna hər səhər və axşam vaxt ayırmağa çalışır.
 
İki fərdi məşqçisi var
 
 
 
Bunun sadə izahı var: “Nyu-Yorkda mən Devid Kirşlə, Los-Ancelesdə isə Treysi Andersonla məşğul oluram. Məşqlərin vaxtını dəyişmək xoşuma gəlir”.
 
Müntəzəm olaraq üzünü təmizləyir
 
 
 
Ceyl Lo heç vaxt makiyajla yatmır: “Məsamələr dolmasın deyə, məşqlərdən sonra mütləq dərimi təmizləyirəm”.
 
Çoxlu su içir
 
 
 
Təəccüblü deyil ki, onun bütün məşqləri daimi maye qəbulu tələb edir: “Mən çox su içirəm, xüsusi ilə məşqdən əvvəl”.
 
Tərəvəz və göyərti yeyir
 
 
 
Bu barədə o, dəfələrlə müsahibələrində deyib: “Çoxlu yaşıl tərəvəz, Brüssel kələmi, brokoli, keyl yeyirəm”.

Загрузка...
Загрузка...