Zahid Oruc keçmiş nazirlərə eyham vurdu

Baxış sayı: 
105
2  
0  

“Hökumətdə məlum dəyişikliklər baş verməsəydi, bəşəri çağırışların qarşısında dayanmağımız çətin olardı. Ancaq hakimiyyətdəki yeni komanda ilə biz problemlərin qarşısına çıxa bildik”. 

Turaninfo.org xəbər verir ki,Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. 

O bildirib ki, hökumətdə oliqarx-məmur burjuaziyası daralıb. Deputat qeyd edib ki, vergi sahəsində də ciddi irəliləyişlər əldə olunub. 

 

“Artıq vergi məmurları gələndə sahibkarlar əsmir, qorxmur. Çünki indi gülərüz vergi məmuru obrazı var”, - deyə Z.Oruc əlavə edib. 

Deputat onu da bildirib ki, koronavirus pandemiyası Azərbaycanda gizli iqtisadiyyatı üzə çıxarır. 

Загрузка...
Загрузка...