Zabit Səmədov “Çelsi”-“Qarabağ” oyunundan danışdı: “Hamının acığına…” – FOTO

Dünən Azərbaycanın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında debüt edib.
 
Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində ilk oyununu Londonda “Çelsi” komandasına qarşı keçirib.
 
Oyun 6:0 hesabı ilə London təmsilçisinin xeyrinə bitib.
 
A24.Az xəbər verir ki, oyundan öncə azərkeşlər komandamıza dəstək məqsədilə sosial şəbəkələrdə xüsusi aktivlik göstəriblər. Hər zaman olduğu kimi, yenə də məşhurların komanda haqqında paylaşımları diqqət çəkib. Azərbaycanlı məşhur kikboksçu Zabit Səmədovun “Qarabağ”ın ünvanına yazdığı sözlər isə daha böyük maraqla qarşılanıb.
 
“Bax bir bu elanı görmək üçün yaşamağa dəyər! Bax bir bu həyacan üçün ölməmək olar! Ümidlərimiz, dualarımız sizinlədir, uşaqlar! Allah sizi və doğmalarınızı qorusun!
Udsaz da, uduzsaz da – bizimsiz… amma çalışın udun. Hamının acığına!!! Allah üstünüzdə olsun, “qarabağlılar”! Sizə olan dərin hörmətlə, ZS”, – deyə kikboksçu futbolçularımıza dəstək nümayiş etdirib.
 
A24.Az

Загрузка...
Загрузка...