​Yüzlərlə ölüm, kamikadze pilot, qisas alan ata… – Tarixdə baş vermiş ən dəhşətli təyyarə qəzaları – VİDEO

Baxış sayı: 
143
0  
0  

Düzdür, qəzanın pisi yaxşısı yoxdur. Ancaq yerdən minlərlə metr yüksəklikdə baş verə biləcək qəzanı hər hansı bir nəqliyyat qəzası ilə eyniləşdirmək düzgün olmazdı.
Minval.İnfo xəbər saytı bu məqalədə dünya tarixində baş vermiş ən dəhşətli təyyarə qəzalarından bəhs edir.
Tenerife qəzası
Təyyarə qəzası dedikdə yəqin ki, bir çoxumuzun ağlına ilk olaraq Tenerife gələr. Bu dəhşətli qəza 27 mart 1977-ci ildə baş verib və qəza nəticəsində 583 nəfər həyatını itirib. O gün Amsterdamdan qalxan və Qran Kanar adasına doğru yola çıxan Boinq 747 tipli KLM hava gəmisi Qran Kanar adasındakı bomba təhlükəsinə görə Tenerife adasına istiqamətləndirilir.
Tenerife hava limanında isə Boinq 747 tipli Pan Am Tenerifedən Los Ancelsə uçuşa hazırlaşırdı. Təyyarənin yanacağı gec doldurulduğundan uçuş ləngiyir. KLM isə Tenerifedən Qran Kanar adasına doğru yola düşür. O gün Tenerife hava limanı qəbul edə biləcəyindən dəfələrlə artıq təyyarə qəbul etmişdi və hava limanındakı bu sıxlıqa dumanlı hava da əlavə olunduğundan təyyarələrin uçuş planlamasında problemlər yaşanırdı. İki nəhəng hava gəmisi biri-birindən xəbərsiz kəsişən istiqamətdə irəliləməkdəydi. KLM təyyarəsi qalxan zaman Pan Am-ı gördükdə artıq iş işdən keçmişdi.
Qəzadan sonra təyyarələrin qara qutularına baxıldıqda pilotların toqquşmadan saniyələr öncəki qeydə alınmış dialoqları tapılır. Qara qutuda KLM pilotunun “Oradadır!” deyə bağırması, Pan Am pilotunun “Əclaf bizə tərəf gəlir” deməsi və yardımçı pilotunun “Havalan, havalan” deməsi aydın şəkldə eşidilir.
Donetskdə təyyarə qəzası
17 iyul 2014-cü ildə Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boinq 747” təyyarəsi qəzası.
Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında vurulub. Bu zaman göyərtədə 295 nəfər olub. Onların 80-i uşaq idi. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Hava gəmisinin Amsterdam–Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir.
“Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib. Olayda 27 vətəndaşını itirən Avstraliya isə konkret olaraq Rusiyanı ittiham edib. Bu ölkənin baş naziri Toni Ebbott Rusiyanı Ukraynadakı separatçıları “Buk” zenit-raket kompleksi ilə təchiz etməkdə günahlandırıb: “Biz situasiyanı gərginləşdirmək istəmirik, lakin təyyarənin Rusiyanın göndərdiyi “yer-hava” tipli raketlərlə vurulduğu təsdiqlənərsə, məsuliyyətin böyük hissəsi Rusiyanın üzərində qalacaq”.
“Çin hava yolları reys 611”
china airlines ile ilgili görsel sonucu
Çin hava yollarına aid Boinq 747 təyyarəsi 611 nömrəli uçuşla 2002-ci il may ayının 25-i Taybey-Honkonq hava xətti üzrə havalanır. Təyyarə Tayvan boğazından keçərkən anidən parçalanmağa başlayır. 4 yerə parçalanmış təyyarədə heyyətlə birlikdə 225 nəfər həyatını itirir.
Sonralar araşdırmalar nəticəsində təyyarənin düzgün təmir olunmadığı və bununda təyyarənin balansının pozulmasına səbəb olduğu məlum olur.
Bu videoda qəzanın animasiyasını izləyə bilərsiz
 
“Air Frans reys 447”
1 iyun 2009-cu ildə Air France şirkətinə məxsus A-330 təyyarəsi Atlantik okeanı üzərində qəza edir. Qəza nəticəsində 228 nəfər həlak olub. Qəzaya səbəb olaraq pilotların məsuliyyətsizlikləri və təyyarənin sürət sensorunun sıradan çıxması göstərilir.
Bu videoda qəzanın animasiyasını izləyə bilərsiz
 
“Überligen qəzası”
Bashkirian Airlines ile ilgili görsel sonucu
“Bashkirian Airlines” a aid Tu-154 təyyarəsi 69 nəfər sərnişinlə Moskvadan Barselona istiqamətində havaya qalxır. Təyyarə yerli vaxtla 23:50 iradələrində Almaniyanın cənubundakı Überligen kəndi üzərindən keçir. Hər nə qədər inanılması çətin olsa da, hava gəmisi yerdən minlərlə metr hündürlükdə açıq havada DHL-yə aid Boinq 747 yük gəmisi ilə toqquşur. Bu qəzanın ən dəhşətli tərəfi sərnişinlərin çoxunun Barselonaya gəzintiyə aparılan məktəblilərin olmasıdır. Qəzaya əsas səbəb kimi Pilot Peter Nielsenin məsuliyyətsizliyi göstərilir. Peter Nielsen hələ həbs olunmamışdan öncə qəzada övladını itirmiş valideyn Vitali Kaloyev tərəfindən öldürülür.
Bu qəzanın animasiyasını aşağıdakı videoda baxa bilərsiz.
 
“Malayziya hava yolları reys 370”
Bu hadisə hava nəqliyyatı tarixində ən mistik, bilinməyən hadisədir.
8 mart 2014-cu il tarixində China Southern Airlines adına sərnişin daşıyan Malaysia Airlinesə məxsus sərnişin təyyarəsinin Kuala Lumpur Beynəlxalq Hava Limanı ilə Pekin Paytaxt Beynəlxalq Haval Limanı arasındakı səfəri əsnasında itib.
China Southern Airlines ile ilgili görsel sonucu
227-si sərnişin və 12-si ekipaj üzvündən ibarət olan təyyarə 8 saat davam edəcək səfəri üçün Kuala Lumpur Beynəlxalq Havalımanından yerli saatla gecə 00:41-də havalandı. Subanq Hava Nəqliyyatı İdarə Mərkəzi saat 01:22-də Tayland Körfəzi üzərindəykən təyyarə ilə bağlantını itirir və təyyarə 02:40 itkin hesabat olunur.
İtkin düşdüyü doğrulandıqdan sonra Cənubi Çin dənizi və Tayland körfəzində ABŞ, Çin, Avstraliya, Vyetnam, Filippin, Malayziya, Sinqapur və Taylanddan qrupların qatıldığı ortaq axtarış-qurtarma əməliyyatı başladıldı. Bir neçə ölkələrin axtarış səylərinə baxmayaraq, təyyarə hələ aşkar olunmayıb.
Təyyarənin yoxa çıxması haqda sonralar bir çox fərziyyələr ortaya atıldı. Bəzi fərziyyələrə görə bu təyyarə terrorçular tərəfindən oğurlanıb. Hətta bəziləri təyyarənin yad planetlilər tərəfindən  qaçırıldığına inanır. Ancaq bu iddiaların doğruluğu haqda heç bir dəlil olmadığından elə fərziyyələr olaraq qaldı. Ancaq hadisə haqda ən gərçəyə uğun fərziyyə təyyarənin pilot tərəfindən qəsdən batırılmasıdır. Buna əsasən Pilotun öz istəyi ilə rabitəni söndürdüyü və təyyarəni ola biləcək ən uzaq yerdə batırdığına inanılır.
 
Tamerlan Mehdi

Загрузка...
Загрузка...