Yüz minlərlə insan küçələrə çıxdı – Xalq qanuna qarşı...

Baxış sayı: 
72
1  
0  

 
Honkonqda cinayətkarların ekstradisiyası haqqında qanuna dəyişikliklərə etirazla yüz minlərlə insan küçələrə çıxıb.
 
Teleqraf.com xəbər verir ki, polis Tvitterdə belə bir açıqlama yayıb: “Bu davranış sivil aksiya həddini keçib. Etirazçılara qısa müddətdə dağılışmağı təklif edirik. Əks təqdirdə güc tətbiq olunacaq”.
 
Sonradan polis aksiyanı dağıtmaq üçün su şırnaqlarından və bibər qazından istifadə etməli olub.
 
Qeyd edilir ki, ölkə parlamenti cinayətkarların ekstradisiyası haqqında qanuna edilən dəyişikliklərlə bağlı müzakirələri təxirə salıb.
 
Honkonq bu qanunu qəbul etdikdən sonra cinayətkarları deportasiya etmək, habelə Çinə və Tayvana vermək məcburiyyətində qalacaq.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...