“Yuventus”un futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi - FOTO/VİDEO

Baxış sayı: 
109
2  
0  

İtaliyanın “Yuventus” klubunun futbolçusu Miralem Pyaniç azərbaycanlı müğənni Nahidə Babaşlının ifa etdiyi mahnının oxunmasını istəyib.

Oxu.Az Türkiyənin ahaber.com.tr saytına istinadən xəbər verir ki, 29 yaşlı bosniyalı futbolçu türkiyəli müğənni Zeynep Bastıkın “Instagram”da açdığı canlı yayıma qoşulub.

Məşhur futbolçu son zamanlar türk dilində ən populyar mahnılardan olan “Benim Hikayem”in (“Mənim Hekayəm”) nəqarətdəki “Bu hikayede yanan ben oldum” sözlərini yazıb və müğənnidən mahnını oxumağı xahiş edib.

Qeyd edək ki, qadınların hüquqlarının pozulmasından bəhs edən “Benim Hikayem”in sözləri və musiqisi Nahidə Babaşlıya aiddir. Ötən ilin noyabrın 15-də “YouTube”a yüklənən bu mahnının klipi 23,5 milyon istifadəçi tərəfindən izlənilib və Türkiyədə məşhurlaşıb.

Загрузка...
Загрузка...