Yuventusun argentinalı ulduzu karantindən qaçdı

Baxış sayı: 
66
2  
0  

İtaliyanın “Yuventus” klubunun argentinalı futbolçusu Qonzalo İquan karantin qaydalarına əməl etməyərək ikinci cəhddə ölkəsinə qaçmağı bacarıb.

publika.az xəbər verir ki, argentinalı oyunçu xərçəng xəstəliyindən əziyyət çəkən anasını yalnız buraxmamaq üçün 14 günlük karantin müddətinin 7-ci günündə İtaliyanı tərk edib.

Qeyd edək ki, futbolçu ötən həftələrdə ölkəsinə uçuş həyata keçirmək istəyərkən karantin qaydalarını pozduğu üçün hava limanında polis tərəfindən saxlanılmışdı.

Загрузка...
Загрузка...