“Yuventus”dan Ronaldoya hədiyyə - Foto

Baxış sayı: 
37
1  
0  

İtaliya A Seriyasının 9-cu turunun Genoa ilə oyununda (1:1) fərqlənərək, Avropanın TOP-5 liqasında 400 qol vuran ilk oyunçu kimi tarixə düşən “Yuventus”un hücumçusu Kristiano Ronaldo mükafatlandırılıb.

Goal.az xəbər verir ki, ötən gün “Kalyari” ilə çempionat oyunundan əvvəl Ronaldoya klub rəhbərliyi tərəfindən üzərində 400 rəqəmi yazılmış forma hədiyyə olunub. 33 yaşlı futbolçuya mükafatı “qoca sinyora”nın prezidenti Andrea Anyelli təqdim edib. Qeyd edək ki, Kriştiano Ronaldo “Yuventus” forması ilə 13 oyuna 7 qol vurub.

 
Загрузка...
Загрузка...