"Yuventus"da oynamaq uşaqlıq arzum idi" - Kriştiano Ronaldo

Baxış sayı: 
110
2  
0  
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo bildirib ki, Turinin "Yuventus" klubunda oynamaq onun uşaqlıq arzusu olub.
 
"Football Italia" nəşrinə müsahibəsində ulduz futbolçu deyib: "Yuventus" böyük klubdur. Uşaqlıqdan komandanı izləyir və arzulayırdım ki, nə vaxtsa bu komandada oynayacağam. İndi mən burdayam".
 
Ronaldo həmçinin İtaliya klubunun heyətinə qatılmaq istəyinin nə vaxt yarandığından danışıb: "Dəqiq deyə bilmərəm ki, bu qərarı nə vaxt verdim. Çempionlar Liqasında "Yuventus"la qonaq meydanda oynayırdıq. Qol vurdum və gördüm ki, bütün stadion məni alqışlayır. Bu inanılmaz duyğu idi. Həmin vaxtdan bu klubdan daha çox xoşum gəlir. Demək olmaz ki, o an həlledici oldu, amma çox vacib an idi".

Загрузка...
Загрузка...