​Yunan Baş nazirdən GERİYƏ ADDIM: "Ərdoğanla görüşə hazıram"

Baxış sayı: 
49
1  
0  

Yunanistanın Baş naziri Kyriakos Miçotakis Türkiyə ilə aralarında olan gərginliyə son qoyulacağı təqdirdə Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlara hazır olduğunu bildirib.
 
Publika.az xəbər verir ki, Miçotakis Selanikdə keçirilən mətbuat konfransında Şərqi Aralıq dənizindəki gərginlik və Türkiyə ilə münasibətlərə toxunub.
 
"Oruç Reis" kəşfiyyat-axtarış gəmisinin Antaliyaya qayıtmasını müsbət addım kimi qiymətləndirən Miçotakis bunun davamı olacağı təqdirdə Türkiyə hazırlıq formatında yeni danışıqlara hazır olduğunu söyləyib.
Danışıqların başlanmasının ümumi atmosferdən asılı olduğunu irəli sürən Miçotakis "Keçmişdə də müsbət addımlar gördük, amma davamında mənfi addımlar atıldı." deyib.
 
Miçotakis "Egey adalarının silahlardan təmizlənməsinin söz mövzusu olmadığını, bunun danışıqlarda müzakirə edilmədiyini və edilməyəcəyini" iddia edib.
 
Miçotakis Prezident Ərdoğanla əlaqədar suallara "Gərginlik aradan qaldırılarsa Ərdoğanla görüşə hazıram" deyib.
 
İki ölkə arasında 2020-ci ildə başladılan hazırlıq danışıqlarının axırıncısı 1 mart 2016-cı il tarixində Afinada keçirilib. Bu tarixdən sonra iki ölkə arasındakı danışıqlar siyasi məsləhətləşmə şəklində davam edib.

Загрузка...
Загрузка...