Əylislinin ilk eşqi: “Daş yuxular”dakı erməni qızı Lüsi kimdir – Video

 
…romandakı bəzi personajların real həyatdan götürülməsinə dair daha bir fakt. Əsərdə İrəvandan gəlib Əylis kəndindəki kilsədə rəsm çəkən erməni qızı Lüsi bu gün də həyatdadır. Müəllif yazır: “Rəssam Lüsi – Haykanuşun on üç-on dörd yaşlı nəvəsi yenə də məbədin – Vəng kilsəsinin həyətində idi. O yay Lüsi ilk dəfə Yerevandan Əylisə tətilə gəlmişdi, ilk gündən başlayaraq səhərdən axşamacan kilsənin həyətindən aralanmamışdı”. Hazırda Ermənistanın tanınmış etnoqrafı, milli geyimlər üzrə modelyeri olan Lüsik Aquletsi (Samvelyan) özünü “Əylisdən olan zok” (etnik erməni olduqları iddia edilən qriqorian yəhudilər) kimi təqdim edir. Bu qadın “Daş yuxular” kitabı haqqında verdiyi müsahibədə həqiqətən də 14 yaşında olarkən Əylisə gəldiyini, Haykanuş nənəsinin “Əylis kəndinin ən böyük ziyalısı” hesab etdiyi 25 yaşlı Əkrəmlə ilk tanışlığını belə xatırlamışdır: “O, məni bircə dəfə görsə də, təsvirimi çox yaxşı vermişdir”. Nə bilmək olar, ilk məhəbbət unudulmur… Yeri gəlmişkən, ermənicə “Aquletsi” təxəllüsü də “Əylisli” deməkdir…
 
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
 
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:
 
(Əvvəli burada)
 
Artıq Ermənistan şam işığı ilə də olsa, nəinki Türkiyə, Azərbaycan, Gürcüstan, Suriya, İraq, Livan, Krım və Mərkəzi Asiyada, hətta Avropada müsəlman və ya «zorən islamlaşdırılmış» erməniləri axtarmaqdadır. Qərb xalqlarının da ermənilərdən törənməsi və qədim dünya tarixinin erməni mənbələri əsasında yenidən yazmağın vacibliyini iddia edən və bu barədə çoxsaylı kitab və məqalələrin müəllifi olan Anjela Teryan – İrəvan Dövlət Tarix Muzeyinin əməkdaşı Azərbaycan türklərinin «həqiqi etnogenezini» açıqlamaq, onların gözlərini açmaq və onlara «türkləşmiş – dilini və dinini dəyişmiş ermənilər» olduqlarını xatırlatmaq niyyətindədir. Bu missiya altında araşdırma aparan A.Teryan «Şərqi Ermənistan» və Qafqaz Albaniyasının (Azərbaycan əraziləri nəzərdə tutulur) tarixinə dair geniş «Ermənistanın şərq hissəsinin (Ağvəng, Girdiman, Utik) tarixi və ya albanlar kimdir?» məqaləsində görmək istədiklərini aşağıdakı kimi qələmə alır: «Buradakı islamlaşdırılmış ermənilər (Azərbaycan türkləri) hələ uzun müddət ermənilərə xas olan adət və ənənələrini qoruyub-saxlamışlar. Onlar daş xaçları öpür, xristian qaydası ilə ibadət edir, yatan uşaqlarına, çörəyə, yedikləri xörəyə xaç vururdular». (?!) …Azərbaycan isə Girdmandakı erməni xaçkarlarını «Qafqaz Albaniyasının irsi» adlandırır və onları mənimsəməyə çalışır».
 
Azərbaycan türklərini «yaddaş pozğunluğundan» azad etmək istəyən A.Teryan yeni «qədim» toponimlər yaratmaqdan, qədim yer adlarını açıq şəkildə təhrif etməkdən də çəkinmir. Onun iddiasına görə, «İslamlaşdırma nəticəsində erməni yer adları da dəyişdirilmişdir. Belə ki, Vardanakert (?) – «Cavad», Paytaxtaran – «Salyan», Baqavan – «Bakı», Alevan – «Abşeron», Akberd – «Ağdaş» və s. adlandırılmağa başlanılmışdır» və s. Təbii ki, Anjela Teryan «öz etnik kimliklərini unutmuş» Azərbaycan türklərini «nankorluqda», erməni mədəniyyətini «türkləşdirməkdə» ittiham etməyi də unutmur və bununla da ermənilərin mənimsəmə səylərinə bəraət qazandırmağa çalışır. Həmin məqalədə qeyd edir: «Bir qayda olaraq, «Azərbaycan xalçaları» kimi təbliğ edilən kolleksiyalar əslində Kür çayının sağ sahilində yaşayan, eləcə də tarixən Şamaxı, Şəki kimi şəhərlərin ən qədim sakinləri olan ermənilərə məxsusdur. XVI əsrdə Şirvanda 60-dək erməni kəndi mövcud olmuşdu… Onların sakinləri XVІІІ-XІX əsrlərdə zorən islamlaşdırılmışdır. 1711-1722-ci illərdə isə Şəkinin erməni əhalisi islam dinini qəbul etməyə məcbur edilmişdi».
 
Bu tipli sərsəm fikirləri – Azərbaycan türklərinin guya «xristian ermənilərin törəmələri» olduğunu Ermənistanın «Новое Армянское Слово» informasiya-analitik portalı da təkrarlamaqdadır. Belə ki, «Bütün ermənilər xristiandırlarmı?» başlıqlı məqalədə bildirilir: «Etnik və dini kimlik arasında möhkəm bağlar yoxdur. Bu, özünü islamda daha aydın göstərməkdədir. Əgər kimsə erməniləri yalnız xristian dininə tapınan xalq kimi müəyyən edirsə, bu zaman çoxsaylı müsəlman ermənilərin etnik kimliyi necə olsun? Münaqişədən əvvəl Qarabağda biri müsəlman (Azərbaycan türkü), digəri isə xristian olan qardaşları, qan qohumlarını görmək olardı. Hər iki qrup mənşəcə erməni idi». Əlavə edək ki, Azərbaycanın işğal altında qalan ərazilərindəki üzdəniaraq «tədqiqatçılar» da bu «orkestrə qoşulmuşlar. Vaxtilə qondarma «Dağlıq Qarabağ Respublikası»nın xarici işlər nazirinin müşaviri olmuş rusiyalı politoloq Arsen Melik-Şaxnazarov 1992-ci ildə Qarabağın Tuğ kəndini tərk etmiş Azərbaycan türklərinin «az qala yarısının islamlaşdırılmış ermənilərdən ibarət olduğunu və onların hələ iki yüz il əvvəl islam dinini qəbul etdiklərini» bildirir.
 
Bir daha vurğulayaq ki, «Kimliyə dönüş» proqramı ilə siyasi spekulyasiya vasitəsinə çevrilən «müsəlman ermənilər» məsələsində «Qərbi Ermənistan torpaqları» və «Ermənistanla Azərbaycan arasındakı mübahisəli ərazi» kimi təqdim olunan Naxçıvana iddialarla yanaşı daha fantastik ideya – yerli türk əhalinin «etnik köklərini unutmuş ermənilər» qismində tanıdılması da yer tutmaqdadır. Ermənistanlı professor A.Qriqoryan da uzun illərdir ki, bu cəfəng iddialara «faktoloji» don geyindirməyə çalışır. O, «Tarixin fəlsəfəsindən milli identikliyin konsepsiyasına doğru» qəliz başlıqlı məqaləsində bildirir ki, «Hələ qədim dövrlərdən etibarən tarixi Ermənistanın Qoxn əyalətində (Naxçıvan ərazisini nəzərdə tutur – A.Q.) ermənilər yaşayıblar. XIII-XIV əsrlərdə Cauk (Babək rayonunun Cəhri kəndi), Aprakunis (Culfa rayonunun Əbrəqunus kəndi), Karakuş (Kəngərli rayonundakı Qaraquş dağı) və digər erməni yaşayış məntəqələrinin (!) qriqorian əhalisi əvvəlcə katolik məzhəbini, XVII əsrin ikinci yarısında isə farsların (?) heç bir təzyiqi olmadan könüllü şəkildə islam dinini qəbul etmişdir». Sonra isə digər həmfikirlərinin Azərbaycan türklərinin etnik mənşəyi haqqında yazdıqlarını təkrarlayaraq, əlavə edir: «Onlar (Azərbaycan türkləri) ermənilərə xas olan bəzi dini ayinləri və adətləri saxlasalar da, tamamilə müsəlmanlaşmış və türkləşmişlər. Hazırda bu insanlar özlərini «azərbaycanlı» adlandırır, amma mənşə etibarilə ermənidirlər».
 
«Ararat» Strateji Araşdırmalar Mərkəzinin direktoru Armen Ayvazyan isə absurd fikirlər estafetində geri qalmaq istəmədiyi üçün naxçıvanlılar haqqında bunları yazır: «Naxçıvanın indiki əhalisinin – azərbaycanlıların əhəmiyyətli hissəsinin əcdadları islamı qəbul etmiş və sonralar əbədi olaraq türkləşdirilmiş ermənilərdir». Professor İ.Qülmisaryan bu sayıqlamaları şizofreniya həddinə çatdıraraq qeyd edir ki, Naxçıvanın Aqulis (Əylis), Kxakik (Kələki), Andameç (Əndəmic), Disart, Üqna (Çənnəb), Tnakert (Danagirt) kəndlərinin əhalisinin əslində «zok erməniləri» olduqlarını və «erməni dilinin Naxçıvan-zok dialektində» danışdıqlarını müəyyən edə bilmişdir.
 
Moskvadakı Beynəlxalq Hüquq və Politologiya üzrə Erməni İnstitutunun (?) professoru Aleksandr Svarants (ermənilər onu təqdim edəndə titullarına «genosidşünas» sözünü də qoşurlar) «Naxçıvan üç sivilizasiyanın qovşağında» başlıqlı məqaləsində muxtar respublikanın Azərbaycan türklərindən ibarət olan əhalisini «SSRİ illərində assimilyasiya olunmuş süni etnos» adlandırmaqla, bu ərazinin Ermənistana verilməsinin geosiyasi perspektivlərini əsaslandırmağa çalışmışdır. O, təkcə Ermənistanın deyil, Rusiya, ABŞ və Fransanın Naxçıvana marağı barədə də yazır: «Naxçıvan Ermənistanın protektoratı altında olarsa, onun müsəlman əhalisinin təhlükəsizliyinə, mədəni və iqtisadi azadlığına tam təminat veriləcəkdir. Geosiyasi, iqtisadi və təhlükəsizlik maraqları baxımından Naxçıvan Ermənistan üçün strateji əhəmiyyət daşıyır. Məhz Naxçıvan Rusiya və ABŞ üçün cəlbedici zonaya çevrilə bilər. Bu zaman Rusiya Ermənistanda və regionda öz maraqlarını fəal şəkildə müdafiə etmək üçün imkanlar qazanacaqdır. ABŞ və Fransa isə Cənubi Qafqaza legitim giriş qapısı əldə edəcəklər. ABŞ, Rusiya, Fransa və Ermənistanın Naxçıvanla bağlı birgə əməkdaşlığı Rusiya Federasiyasının daxili və xarici mənafelərini pantürkizm təhlükəsindən qorumağa, İranın strateji ehtiyatlarına nəzarət etməyə və NATO hərbi təhdidlərini minimuma endirməyə imkan verəcəkdir».
 
Təəssüflər olsun ki, Azərbaycanda da bu tipli erməni sayıqlamalarına açıq dəstək verənlər, hətta onları ədəbi-bədii obrazlarla təbliğ edənlər tapılır. Əlbəttə, belələri haqqında bəhs edəndə bir qayda olaraq, həmin müəllifləri «sapı özümüzdən olan baltalar» adlandırırlar. Bu ifadə bizim də ürəyimizcədir. Lakin aşağıda təqdim etdiyimiz məsələnin bəzi spesifik xüsusiyyətləri və «qaranlıq» məqamları üzündən həmin ifadə tamamilə yersiz görünmüşdür və ondan istifadə etməkdən daşındıq…
 
Azərbaycanda qondarma «erməni soyqırımı»ndan sonra «türkləşmiş müsəlman ermənilər», daha dəqiq desək, «kriptoermənilər» mövzusunu Ermənistanın iddialarına tamamilə uyğun şəkildə gündəmə gətirən və onlara açıq dəstək verən, bununla da ictimai qınaq obyektinə çevrilən şəxs yazıçı Əkrəm Əylisli və onun «Daş yuxular» adlı «roman-rekvyemi» olmuşdur. Kitab cəmiyyətdə sərt tənqidlə üzləşəndən sonra müəllif müsahibələrinin birində peşman olmadığını söyləmiş və hərəkətinə bəraət qazandırmaq üçün bunları demişdir: «Mən bu əsəri ermənilər üçün yox, özümüzkülər üçün, azərbaycanlılar üçün yazmışam. Bu əsərimlə xeyli ermənini Azərbaycana qarşı nifrət eləməkdən hifz elədim. Xeyli erməni var ki, bu əsəri oxuyandan sonra bizim xalqımıza nifrət eləyə bilməz». Bu müsahibədə özünü «xalqın xilaskarı» obrazında təqdim edən və görünür, «xidmətlərinə» görə dərin minnətdarlıq uman Əkrəm Əylislinin «təvazökarlıqla» söylədiyi ifadələrdən belə qənaətə gəlmək olar ki, yüzlərlə, bəlkə də, minlərlə erməni həmin kitabı oxuyandan sonra təsirlənmiş və göz yaşlarını boğaraq Azərbaycan xalqına sonsuz məhəbbətlərini bildirmək üçün imkan axtarmışlar. Gəlin, onların «statistikasını» Ə.Əylislinin yazıçı vicdanının ixtiyarına buraxaq. O ki qaldı romanın guya «ermənilər üçün deyil, azərbaycanlılar üçün yazılmasına», romanın bəzi gizli məqamlarına aydınlıq gətirən arqumentlər bu iddianın əksini sübut etməkdədir.
 
Əkrəm Əylislinin yazdığı kimi, «urvatsız ölən həmvətənlərinin (ermənilərin) xatirəsinə» həsr etdiyi «Daş yuxular» kitabı ilk növbədə yazıçı təxəyyülünün məhsulu deyil, avtobioqrafik xarakterli «roman-rekvyemdir». Əsərin ruhu və müəllifin «kriptoermənilər» məsələsində mövqeyi erməni əsilli Fethiye Çetinin (Heranuş Gadaryanın) «Anneannem» («Mənim nənəm») kitabı ilə «möcüzəli» şəkildə səsləşir. Onların arasında ideya və süjet bağlılığı ilə yanaşı ortaq «sosial sifarişin» izləri də vardır. Demək olar ki, eyni vaxtda – 2004-2006-cı illərdə qələmə alınmış hər iki romanın məqsədi türklərin «yaddaşını təzələmək», erməni cinayətləri haqqında «stereotipləri» dağıtmaq, təkcə qondarma «erməni soyqırımı» iddialarına deyil, Ermənistanın Türkiyə və Azərbaycana ərazi iddialarına bəraət qazandırmaqdır. Lakin hər iki roman arasında bir fərq də var. «Anneannem» kitabı 2006-cı ildə Fransada «Prix Armenia» mükafatına layiq görülmüşdür. «Əgər mən o əsəri hansısa təmənna ilə yazmış olsaydım, bəlkə də, peşman olardım» deyən «Daş yuxular»ın müəllifi kitabın çapını altı il gözlətmiş, amma Ermənistan nə qondarma «erməni soyqırımı»nın yüz illiyi ərəfəsində, nə də «yubileydən» sonra onun qiymətini vermişdir.
 
Bununla belə, mövqeyini – türklərə antipatiyasını cəsarətlə və açıq şəkildə ortaya qoyan Fethiye Çetindən fərqli olaraq, Əkrəm Əylisli avtobioqrafik romanında ehtiyatlıdır, öz qəhrəmanının unudulmuş «gizli erməniliyinin» köklərini onun şüuraltı qatının dərinliklərində axtarır, «reanimasiyadan çıxarır» və bərpa etməyə çalışır. Azərbaycanlıları üzrxahlığa və etirafa çağıran müəllifin iddia etdiyi kimi kitabın ideya xətti nəcib məram – Azərbaycan və erməni xalqları arasında mehriban qonşuluq münasibətlərinin, etimadın bərpası istəyi üzərində qurulmuşdur. Lakin bu istəyin arxasında azərbaycanlıları «haqsızlıqda» və Ə.Əylislinin dili ilə desək, «Allahın istəkli bəndələri olan» ermənilərə qarşı «tarixi ədalətsizlikdə» ittiham etmək dayanır. Müəllif inad edir ki, məhz bu «tarixi ədalətsizlik» üzündən Əylis ermənilərinin timsalında Naxçıvanın xristian erməni əhalisi «zorən islamlaşdırılmış və türkləşdirilmişdir».
 
Naxçıvanın, Qarabağın Azərbaycan türklərinin guya «islamlaşdırılmış və türkləşmiş ermənilər» olması barədə A.Teryan, A.Melik-Şaxnazarov, Y.Manok, A.Qriqoryan, A.Ayvazyan kimi erməni alimlərinin sərsəm ideyalarının Azərbaycan variantını işləyib-hazırlayan Əkrəm Əylislinin «Daş yuxular» romanında açıq şəkildə «kriptoermənilər» ifadəsinə rast gəlinmir. Bu termin kitabın adında, «Daş yuxular» ifadəsi altında çox məharətlə gizlədilmiş və «ciddi yaddaş pozğunluğu» anlamını verən «kriptomneziya» tibbi-psixiatriya termini ilə əvəz edilmişdir. Belə ki, əsərin qəhrəmanı – Saday Sadıqlıya da diaqnoz kimi qoyulmuş kriptomneziya zamanı pasient yaddaşının dərin qatlarında həkk olunmuş hadisələri yuxuda gördüyünü, yoxsa onların real həyatda baş verdiyini ayırd edə bilmir və «beynində ilişib qalmış» informasiyanın ilkin mənbəyini axtarır. Kilsədə «özündən asılı olmadan xaç vuran» Əylis sakini Saday Sadıqlı obrazının gördüyü «daş yuxular» haqqında da həkimin tibbi qənaəti bu olmuşdur: «Belə hal bütün həssas adamlarda müşahidə olunur: yaşlandıqca «uşaqlığa qayıdırlar». Saday Sadıqlı kimi Əkrəm Əylisli də yaşlaşmışdı…
 
«Anneannem» əsərinin qəhrəmanı – Karapet Gadaryanın nəvəsi Heranuş ilə «Daş yuxular» romanının personajlarından olan erməni qızı Aniko müxtəlif coğrafi məkanlarda – biri Elazığın Habab kəndində, digəri isə Naxçıvanın Əylis kəndində doğulsalar da, hər iki müəllifin ortaq düşüncəsi onlara eyni tale yaşatmışdır. Valideynlərinin əlindən zorla alınan on yaşlı Heranuşu polis məmuru Hüseyn Onbaşı və arvadı Əsma xanım övladığa götürmüş, islamı qəbul etdirmiş, ona «Səhər» adı vermiş, böyütmüş, oxutmuş, ərə vermiş, oğul-uşaq sahibi etmişdilər. Səhər-Heranuş düz 95 il ömür sürmüş, F.Çetinin yazdığı kimi, «xristian erməni kimi doğulsa da, müsəlman ayinləri ilə torpağa tapşırılmışdı». Lakin Əylis kəndindən olan Aniko Səhər-Heranuşdan fərqli olaraq, daha ağır həyat yaşamalı olmuşdu. Belə ki, «Əgər qətlə yetirilən hər erməninin adına bir şam yandırılsa, o şamların işığı Ayın işığını kölgədə qoyar» cümləsinin müəllifi olan Əkrəm Əylisli erməni qızı Anikonun acı taleyini belə təsvir edir: «1919-cu ilin dəhşətli payız günü türk əsgərlərinin kəndin erməni əhalisini güllənin qabağına verib qırdığı, qılıncdan keçirib doğradığı, hər tərəfdə qanın su yerinə axıb gölləndiyi fəlakətin canlı şahidlərindən biriydi və onun valideynləri, qardaşları, bacıları həmin basqında milçək kimi qırılmışdılar. Bütün Əylis camaatı bilirdi ki, qaçıb təndirdə gizlənən Aniko o vaxt təsadüfən salamat qalmışdı». Həmin vaxt Əylis kəndindən olan Zöhrə arvad Anikonu tapmış, böyütmüş, oğlu – İstanbulda təhsil almış Mirzə Vahab isə onu zor gücünə özünə arvad etmişdi. Ə.Əylisli yazır: «Hər yerdə danışırdılar ki, qadın ailəsinə görə müsəlmanlığı qəbul edib. Qəribədir, o, qorxub çəkinmədən nə zamansa ermənilərin bir də bu yerlərə dönəcəklərini, Əylisi cənnətin bir parçasına çevirəcəklərini söyləyirdi. Özünü müsəlman sayan Aniko imamların matəmində o biri arvadlarla Məhəmməd peyğəmbərin nəvələrinin müsibətinə acı-acı ağlamaqla bahəm, demək olar, hər gün səhər ertədən Vəng kilsəsinə baş çəkməyi də unutmurdu».
 
«Kriptomneziya» – «Daş yuxular» romanının avtobioqrafik qəhrəmanı kimi qəbul edilən Saday Sadıqlı isə daxilində, genetik yaddaşı səviyyəsində özündə xristian kriptoerməni ruhunu yaşadan və onun köklərinin axtarışına çıxan real obrazlardan biridir. Xəstəxanada, ölüm ayağında olarkən öz etnik kimliyini tapan və qeyri-ixtiyari «Eç-mi-ad-zin» deyən Saday haqqında müəllif yazır: «Qəribədir, Saday Sadıqlının nəsil-kökündə bircə damla da erməni qanı olmadığı halda (bir babası Kərbəlanı, o birisi Məkkəni ziyarət eləmişdi), nə qədər müddətdir sanki o, canında hansısa adsız bir ermənini daşıyırdı. Lap dəqiqi, daşımır, gizlədirdi. Əylis də məgər böyük yaradan qədər əlçatmaz olanda deyilməyibmi bu sözlər: «Allahın nəzəri həmişə ermənilərin üstündədir».
 
Romandakı bəzi personajların real həyatdan götürülməsinə dair daha bir fakt. Əsərdə İrəvandan gəlib Əylis kəndindəki kilsədə rəsm çəkən erməni qızı Lüsi bu gün də həyatdadır. Müəllif yazır: «Rəssam Lüsi – Haykanuşun on üç-on dörd yaşlı nəvəsi yenə də məbədin – Vəng kilsəsinin həyətində idi. O yay Lüsi ilk dəfə Yerevandan Əylisə tətilə gəlmişdi, ilk gündən başlayaraq səhərdən axşamacan kilsənin həyətindən aralanmamışdı». Hazırda Ermənistanın tanınmış etnoqrafı, milli geyimlər üzrə modelyeri olan Lüsik Aquletsi (Samvelyan) özünü «Əylisdən olan zok» (etnik erməni olduqları iddia edilən qriqorian yəhudilər) kimi təqdim edir. Bu qadın «Daş yuxular» kitabı haqqında verdiyi müsahibədə həqiqətən də 14 yaşında olarkən Əylisə gəldiyini, Haykanuş nənəsinin «Əylis kəndinin ən böyük ziyalısı» hesab etdiyi 25 yaşlı Əkrəmlə ilk tanışlığını belə xatırlamışdır: «O, məni bircə dəfə görsə də, təsvirimi çox yaxşı vermişdir». Nə bilmək olar, ilk məhəbbət unudulmur… Yeri gəlmişkən, ermənicə «Aquletsi» təxəllüsü də «Əylisli» deməkdir…
 
Məsəl var: «Dostunu göstər, kim olduğunu deyim». Bu gün Əkrəm Əylislinin yeni «dostları» çoxdur. Məsələn, Rusiyada erməni diasporasının aparıcı simalarından Emanuil Dolbakyan «Daş yuxular» romanı ilə tanışlıqdan sonra müəllifi «Azərbaycanda yeganə mərd adam və antifaşist… Zaqafqaziya türkləri içərisində soyqırımına görə ermənilərdən üzr istəməyi bacaran ilk qaranquş» adlandırmışdır. Qeyd edək ki, Moskvadakı «Ararat» Regional Erməni Mədəni-Maarifçilik Cəmiyyətinin təsisçisi və sədri olan E.Dolbakyan «ilk qaranquş» Ə.Əylislinin vətəni Naxçıvan da daxil olmaqla «Qərbi Ermənistan əraziləri»nin ermənilərə qaytarılmasının qatı təbliğatçısı, «Kimliyə dönüş» proqramının fəallarından biri kimi də tanınırdı (2015-ci ildə dünyasını dəyişib). E.Dolbakyan son müsahibələrinin birində «ermənilərin tarixi əraziləri» və Azərbaycan haqqında dediyi sözlər onun «Daş yuxular»a rəğbətinin əsl səbəblərini açıq şəkildə göstərir: «Mən hesab edirəm ki, dünyanın bütün ermənilərinin birləşdirilməsində əsas vəzifəmiz bizim milli ideyamızdadır: soyqırımının nəticələrini aradan qaldırmaq, torpaqlarımızı geri almaq, ermənilərin Yerkirə (tarixi vətənə) qayıdışını, təmin etmək… Mənim fikrimcə, Azərbaycana heç bir güzəşt edilməməlidir. Güzəştə getmək Ermənistan torpaqlarını hədiyyə vermək deməkdir. Mən bu faşist dövləti ilə iyirmi il davam edən danışıqlarda nədən söhbət getdiyini təsəvvür edə bilmirəm. Əminəm ki, hətta kiçik güzəştə getsək Arsaxı tamamilə itirə bilərik… Bu zaman türklərin ilgəyi daralacaq, həm Ermənistan, həm də Rusiya ciddi təhlükə ilə üzləşəcəkdir».
 
Bir qədər də ermənilərin və «Daş yuxular» müəllifinin Əylis kəndinin «qədim əhalisi» hesab etdikləri zoklar – «ermənilərin subetnik qrupu» haqqında. Bir sıra tədqiqatçılar XIX əsrin sonrarına aid Rusiya mənbələrinə, məsələn, V.Devitskinin materiallarına istinadən zokların etnik erməni deyil, «qriqorian məzhəbinə tapınan fərqli xalqın nümayəndələri» olması qənaətindədirlər. V.Devitski antropoloji tipləri və sarışın olmaları ilə də onları ermənilərdən fərqləndirir. Erməni araşdırmaçısı Ararat Qəribyan isə «zok» və «sak» etnonimlərini bir-biri ilə bağlayaraq, onların bu ərazilərdə yaşamış qədim skiflərin törəmələrindən biri olmalarını iddia edir. Lakin hazırda əksər etnoqraflar zokların Osmanlı dönəmində Naxçıvan ərazisinə köçürülmiş xristian (qriqorian) yəhudilər olmaları və din amili nəticəsində «erməniləşmələri» fikrindədirlər.
 
Yeri gəlmişkən, «Naxçıvanda ermənilərin subetnik qrupu», «müsəlman ermənilər», «erməni dərvişləri» və ya «tumbıli» kimi təqdim olunan tulumblular (əslində, «Tumbul erməniləri») haqqında da elmi məlumat olduqca azdır. Elə erməni etnoqrafları da bu qrupun mənşəyinin, inancının, məişətinin öyrənilməsinə və təbliğinə bir o qədər də həvəs göstərmirlər. Əvvəlcə «Dumbul» və ya «Tumbul» adlandırılan kənd barədə. Bir sıra tədqiqatçıların qənaətinə əsasən, bu oykonim dumbuli türk (türkman) tayfasının adı ilə bağlıdır. Həmin tayfa Qaraqoyunlu hökmdarı Qara Yusifin dönəmində Suriyadan Azərbaycan ərazilərinə köçürülmüş və sonralar Qızılbaş dövlətinə xidmət etmişdi. Hazırda İranda bu tayfanın nümayəndələri yaşayır və İsabəyli kimi də tanınırlar. Məmməd Səid Ordubadinin yazdığına görə, Tumbulda yaşayan əhalinin üçdə iki hissəsi müsəlman türk, bir hissəsi isə ermənilərdən ibarət olmuşdu. Elə isə «ermənilərin subetnik qrupu» Naxçıvanda nə zaman peyda olmuşdu?
 
Rus tarixçisi, general-leytenant Nikolay Dubrovin səkkiz cildlik «Rusların Qafqazda müharibə tarixi və hökmranlığı» əsəri Tumbul ermənilərinin Naxçıvanın köklü əhalisi olmaları barədə fikri qətiyyətlə rədd edir. Müəllif bildirir ki, həmin ermənilər XIX əsrin əvvəllərində İranın Salmas şəhəri yaxınlığından Naxçıvan qəzasının Tumbul kəndinə köçürülmüşlər. O, gəlmələrin xarici görkəmcə ermənilərə qətiyyən bənzəmədiyini, uca boylu və arıq sifətli olduqlarını bildirir və əlavə edir ki, onlar əyinlərinə bir qayda olaraq rahib geyiminə bənzəyən qara və yamaqlı paltar geyirlər. Nikolay Dubrovinin yazdıqlarından da bu qənaətə gəlmək olur ki, həmin qrup indiyədək naməlum olan sinkretik təriqətin üzvü olmuşdur. Belə ki, «Sizinlə görüşəndə (xristian olduğunuzu biləndə – A.Q.) mütləq Yerusəlimin adını çəkəcək və sədəqə istəyəcəklər. Onların həmişə sağ əllərində əsa, sol əllərində isə naməlum heroqliflər yazılmış kağız olur. Kənd təsərrüfatı ilə məşğul olmağa adət etməyiblər. Güzəranlarını özgələrinin hesabına, sədəqə yığmaqla keçirirlər».
 
N.Dubrovinə görə, onlara Hindistanda, Əfqanıstanda, Suriyada, Rusiyada, Sibirdə və s. rast gəlmək olur. Tumbul ermənisi ilin böyük hissəsini doğma evindən, ailəsindən uzaqda keçirir, yalnız qış aylarında xeyli sədəqə ilə buraya qayıdır. Evində isə görkəmi və yaşayışı dəyişir. Tumbul ermənilərinin evləri abaddır, bol azuqələri olur, bahalı gümüş qab-qacaqda avropasayağı nahar edir, çay, qəhvə içir, qiymətli parçalardan paltar geyir, həyat yoldaşları qızıl, almaz, yaqut, zümrüd və mirvaridən bəzək əşyaları içərisində üzürlər. Nikolay Dubrovin onu da yazır ki, «Onlar «dərviş» adı altında müsəlmanlar üçün müqəddəs olan şəhərləri – Məkkəni, Mədinəni, Kərbəlanı gəzir, özlərini mömin insanlar kimi qələmə verir, onlarla birlikdə Məhəmmədə dualar edirlər. Müsəlmanlardan bol sədəqə və ianə yığan tumbullu sonra xristianlara tərəf səmt götürür. Yerusəlimə gəlir, dərviş paltarını əynindən çıxarır, xristian rahibinə çevrilir, müqəddəs yerlərin ziyarətinə başlayaraq burada da sədəqə yığır».
 
(Ardı var)

Загрузка...
Загрузка...