Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Baxış sayı: 
46
1  
0  

Yevlaxda mikroavtobus qəzaya uğrayıb.

 

Turaninfo.org-un "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hadisə zamanı Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Samirə Cabbarova, Qazax rayon sakinləri - 1960-cı il təvəllüdlü Ayişə Şahmarova və 1957-ci il təvəllüdlü Yeganə Hüseynova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza nəticəsində habelə bir neçə nəfər də yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...