Yevda Abramovun dəfni niyə gecikir? - Video

Baxış sayı: 
142
1  
0  

 
Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.
 
Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Yevda Abramovun qızı Bəsti Yusifova deyib.
 
O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət Evində keçiriləcək:
 
“Dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması bizim adət-ənənəyə uyğun deyil. Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də həyata keçiriləcək”, - deyə mərhum deputatın qızı bildirib.
 
Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.
 
Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu.

Загрузка...
Загрузка...