​Yevda Abramov dəfn edildi

Baxış sayı: 
111
1  
0  

 
Qubada Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir.
 
Trend-in məlumatına görə, Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçirilən vida mərasiminə paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimlər gəlib.
 
Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.
 
***
 
Mərhum deputat Yevda Abramovun dəfn mərasimi başa çatıb.
 
Mərhum Qırmızı qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılıb.
 
Xatırladaq ki, deputat dekabrın 6-da 71 yaşında dünyasını dəyişib.
 
Millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu.
 
Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsi sədrinin müavini idi.

Загрузка...
Загрузка...