Yerevan küçələrinə zirehli texnika yeridildi – FOTO

Baxış sayı: 
127
1  
0  

Bu gecə yerli vaxtla saat 23:00-da Ermənistan paytaxtına zirehli texnika yeridilib.  

“Sputnik” xəbər verir ki, Yerevanın iki müxtəlif hissəsində jurnalistlər piyadaların zirehli maşınlarının fotoşəkillərini çəkməyə müvəffəq olublar.  

Bildirilir ki, martın 25-dən 31-nə qədər Ermənistanda ölkə üzrə vətəndaşların hərəkətlərinə məhdudiyyətlər tətbiq edilib. Bunda məqsəd koronavirusun yayılmasının qarşısının alınmasıdır.  

 

Karantin qaydalarını pozan şəxslər 100-250 min dram (340-850 manat) məbləğində cərimə edilir.  

Qeyd edək ki, bu günə kimi Ermənistanda 249 koronavirusa yoluxma halı qeydə alınıb. 

 

Загрузка...
Загрузка...