Yer kürəsinə qorxunc təhlükə: İki dünya nəhəngi gücünü birləşdirdi

Baxış sayı: 
109
1  
0  

 
Avropa Kosmos Agentliyi (ESA) və ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsini ehtimal olunan asteroid təhdidlərindən qorumaq üçün əməkdaşlıq haqda qərar verib.
 
Teleqraf.com xəbər verir ki, ESA yaydığı açıqlamada NASA ilə birlikdə “Didymos” adlı əkiz asteroidlə bağlı araşdırma aparmaq üçün işbirliyində olacağını bildirib.
 
Təsdiq olunan birgə layihəyə görə, NASA-nın “DART” adlanan kosmos cihazı əkiz asteroidlərdən birinə çırpılaraq, yaranan vəziyyəti müşahidə altında saxlayacaq.
 
ESA-nın əməliyyatda iştirak edəcək “HERA” adlı aparatı isə toqquşmadan sonra ortaya çıxacaq dəlilləri toplayaraq analiz edəcək.
 
2021-ci ildə icrasına başlanılacaq layihə çərçivəsində “DART” milyarder iş adamı Elon Maskın sahibi olduğu “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə kosmosa göndəriləcək. Toqquşmanın 2022-ci ildə baş verəcəyi planlaşdırılır.
 
“HERA” isə araşdırmalara 2023 və ya 2024-cü ildə başlayacaq.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...