​Yeniyetməni diz çökdürən kişi efirə çıxdı: “Qızımla oğlumun intim…” – VİDEO

Baxış sayı: 
44
3  
0  

“Mən gecə-gündüz əziyyət çəkib, övladlarım üçün çalışıram”.
 
“Minval.İnfo” xəbər verir ki, “Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verilişinə qatılan kişi yeniyetməni niyə alçatmasına aydınlıq gətirib.
 
O bildirib ki, qarşısında diz çökdürdüyü yeniyetmə onun övladlarına şər ataraq bunları deyib: “Bu oğlan mənim qızım ilə oğlumun arasında intim əlaqənin olduğunu deyib. Guya top düşüb həyətə, bu da gedib topu götürəndə görüb. Hamıya da bunu danışıb. Bunu eşidən qız intihar həddinə çatıb. Dünən gecədən səhərə qədər yatmadan onların başının üstündə dayanmışam”.
 
Maraqlısı budur ki, gənci alçatdığını, bunu da videoya çəkdiyini etiraf edən şəxs azadlıqdadır və hətta efirə çıxıb hadisəni danışır.
 
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə ona nalayiq söz dediyi üçün alçaldılan gəncin videogörüntüləri yayılmışdı.
 
Minval.İnfo
 

Загрузка...
Загрузка...