Yeddi qardaş olur qızıl ilanlar

Baxış sayı: 
120
8  
0  

85-86-cı illərdə bir əslən İmişlidən olan şair qardaşımız mənim böyük qardaşımla əlaqədar baş vermiş hadisəyə şerə münasibət bildirərək bu başlıqdan istifadə etmişdi. Yeddi qardaş olur “qızıl ilanları” . Şair qardaşımız o vaxt ki, “1-ci katib, icrayyə komitə sədri, xalq nəzarəti, prokuror, qalabəyi, polis rəisi) KKB, məhkəmə sistemi ilə əlaqələndirmişdi. Qardaşım vəzifədə olarkən 1-ci katiblə münaqişəli olmuşdu və qalan altı nəfər öz qul beçələri –kolxoz sədrləri idarə rəisləri, hətta məktəb direktorlarını da “ayağa qaldırmışdar. Gücləri çatmadığından o vaxtki respublika 1-ci katibinə sonra prezidenti də bu işə qoşmuşdular. Şair yazırdı: Baxın başımızda gəzən ilana evi yerdən ola bu dərdi anlar, Adəmdən Həvvaya üzü bu yana bizə diş qıcadıb qızıl ilanlar sevimli şairimiz hətta, o vaxt şəhər sovetinin sədri idi və qardaşımla dost idilər. “Gücü” çatmayan şairimiz şikayətini isti ölkəyə uçub gedən qaranquşa deyirdi: Sən Allah, ay qərib, mərhəmət eylə, qarğama, elimə, obama mənim, bizim bu yerlərin ilanlarından gedib Kərbəlayə şikayət eylə, məzarı pərişan babama mənim!
Diqqətli oxucu! Xahiş edirəm, o dövrdəki “qızıl ilanlarla” müstəqillik dövründəki vəzifəli şəxsləri eyniləşdirməyin və mən də bu qənaətdəyəm. Onsuz da indikilər görüntüdə bir yerdədilər. Amma qısqanclıq imkan vermir ki, o vaxtki vəziyyətə qayıtsınlar. Hərə özü üçün çalışır. Birinə sataşanda uzaq başı o birisinə xısıldayır: “Canı çıxsaydı sataşmasaydı”, “ağzını yumaydı” və s. Amma qızıl ilanlar birləşə bilməsələr də, bəzi məqamlarda birləşə bilirlər. Məsələn, rayonun ucqar bir kəndində bir göl yaradıb balıqçılıqla məşğul olanlara,  spirt istehsal edənlərə, fermalarındakı çobanlara, “sataşanda (yazanda)” yeddisi də qalxırlar üstünə! Bax onda birləşirlər. Vay odur, su idarə rəhbərlərindən yazırsan. Yazasan ki, bu idarə rəhbərləri yezid kimi suyun qabağını kəsib kütlənin əkin yerlərinə, bağ-bostanlarına veriləcək suyu yönəldirlər, balıq düzəldənlərin vətəgələrinə, gecələr də yuxuda qızıl ilanlar əl çəkmirlər. Təhsil idarəsindən və direktorların əməllərindən yazsan evin yıxıldı. Çünki, hamsının dost-tanışları bu sistemdə otuzdurulub. Hərəsinin bir neçə direktoru var. İmişli təhsil idarəsinin yeni müdiri Ələmdar Quliyev vəzifəyə təyin olunduğunun ikinci günü məni gördü və dedi ki, təhsil tərəflərə hərlənmə. Vaxtı ilə eyni əqidəni bölüşürdük. Mən ADP-çi , o da musavatçı idi. Hətta, 1998 və ya 2003-cü ildə prezident seçkilərində... (lənət sənə şeytan) məktəb drektorundan, “YAP”-çı kimi təhsildə inspektor vəzifəsinə gətirildi. Ovsunçu kimi əlində bir neçə “qızıl ilan” saxlayır.
08 oktyabr 2019-cu il saat 10-da Qarabağ əlilləri və qaziləri İmişli Təhsil idarəsinin qarşısına yürüş pikeet keçirdi. 50 nəfərdən artıq olan yürüyüşçülərinin tələbi Təhsil idarə rəisi Ələmdar Quliyevin Qarabağ əlili şöhrət bəyi işdən çıxarmaq istəməsinə qarşı idi ki, rəis qazilərin qarşısında sual işarəsinə dönmüş üzr istəmişdir.
 Hörmətli Hafiz Hacıyevin adını çəkdiyi şəxs mən ADP-çi idim, onlarda nəsillikcə boz qurd”  indi 77 qızıl ilanı otuzdurub yanında Dost mərkəzlərindən yazsan və necə ki, yazmışam vaxt ilə nənəm demişkən qəbirdə də olsa səni tapıb vuracaqlar. Çünkü dostda bütün məmurların ailə uşaqları dost olublar. Adama deyərlər  onsuz da bir yerdə şad firavan yaşayırsınız. Daha bir mərkəzdə birləşib nəyə görə hər şeyi bir ADP-yə əyan edirsiniz sosial müdafiə idarəsi israr edir ki, kişi və arvad hökmən işləməlidir ki, əmək haqqları az olsa sosial yardım verək. Alsınlar yox!!! Verək!!! Elə bil qapılarında nökər işlədirlər. Bilmirəm bu zadı nazirlik özü məsləhət bilib, yoxsa qanun var. Diqqətli oxucu! İndi məni qızıl ilanlar vurmasınlar neyləsinlər. Həbs etdirsinlər, amma təhqir edib, üzümə yalançı şahidlər qoymasınlar, döydürməsinlər. Mən qaranquşa zada müraciət edən deyləm. Onsuz da Kərbəlanın yolu açıqdır. İmam Hüseyn qəbul edəcək ya etməyəcək mənə aidiyyəti yoxdur. Amma ilan da lazımdır. Daha 7 qardaş yox da bə!
 
Hörmətlə! ADP İmişli RT-nın sədri:                            Məhbub Əvəz oğlu Zülfüqarlı

Загрузка...
Загрузка...