"Yatıram sonra yığarsız" - Maestro Ceyhun Qubadlının azad olunmasına BİGANƏ YANAŞDI

Baxış sayı: 
345
2  
0  

Ötən gün prezident İlham Əliyev Qubadlı şəhərinin işğaldan azad olunması xəbərini xalqımıza çatdırdı. Hər birimiz bu xəbəri böyük sevinc və qürur hissi ilə qarşıladıq.

BiG.AZ xəbər verir ki, elə xəbəri eşidən kimi fərqi yoxdu hansı torpaqda doğulan Bakı sakinləri də eyvanlara, şəhərə çıxıb qələbə sevinclərini bölüşdülər. Biz də öz növbəmizdə Qubadlıdan olan məşhurlarımızla əlaqə saxladıq ki, onlar da öz sevinclərini izləyiciləri ilə bölüşsünlər. İlk zəng elədiyimiz təbii ki, əməkdar artist maetsro Ceyhun oldu.

 

Əslində telefonun o başından sevincli, xoşbəxt, bəlkə də kövrək bir səs gözləyirdik. Amma aldığımız cavab bizi sözün əsl mənasında şoka saldı...

Məşhur skripkaçı "Qubadlının işğaldan azad olunmasından xəbərim var...İndi yatıram, sonra zəng edərsiz" deyərək telefonunu söndürdü.

Onu da deyək ki, zəng etdiyimiz saat 11:00 radələri idi.

Hörmətli, maestro, siz isti evinizdə təhlükəsiz yatdığınız saatlarda doğulduğunuz ata yurdunuzu igid əsgərlərimiz qanı bahasına günlərlə gecə yatmadan həm də soyuq havalarda döyüşüb işğalçı erməni dığalarından azad edib. Ən azı sevincinizi yuxunuza haram qatıb bölüşsəydiniz əsgərlərimiz də haqqlarını sizə halal edərdi.

Şərhi sizə buraxırıq.

Загрузка...
Загрузка...