Yaşlı adamın böyrəyindən çıxan daş hərkəsi heyrətləndirdi - VİDEO

 
 
Amerikanın Kaliforniya ştatında ağrı şikayəti ilə xəstəxanaya gedən yaşlı adamdan dəvə quşu yumurtası böyüklüyündə böyrək daşı çıxarılıb.
 
Moderator.az xarici mediaya istinadən bildirir ki, 64 yaşlı qoca böyrəyindəki ağrı şikayətiylə xəstəxananın təcili xidmətinə müraciət edib.Həkimlər, rentgen müayinəsi zamanı yaşlı adamın böyrəyində dəvə quşu yumurtası böyüklüyündə böyrək daşı olduğunu görüb.
 
Təxminən 770 qram və 7,5 santimetr böyüklüyündə olduğu müəyyən edilən böyrək daşı cərrahi müdaxilə ilə çıxarılıb.
 
 
Kamran

Загрузка...
Загрузка...