​Yaşayış binasında yanğın - 3 nəfər xilas edildi

Baxış sayı: 
94
1  
0  

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 1 otağında mebel dəsti yanıb.
 
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğın zamanı ikisi azyaşlı olmaqla 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.
 
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Загрузка...
Загрузка...