"Yaralanan hərbçinin vəziyyəti ağırdır" - Kəmaləddin Heydərov

Baxış sayı: 
47
1  
0  
Fövqəladə hallar naziri Kamaləddin Heydərov Gəncə şəhərindəki yaşayış binasında partlayış baş verən binanın ərazisinə baş çəkib.
 
 
Turaninfo.org AZXEBER.COM-a istinadən xəbər verir ki, vəziyyətlə tanış olan nazir jurnalistlərə açıqlama verib.
 
K.Heydərov bildirib ki, hadisə zamanı dağıntılar altında qalan 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb: "Səhər saat 5:45-də hadisə barədə məlumat daxil olub. Partlayış zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralıdır. Yaralı hərbçi olduğundan hosbitala yerləşdirilib. Onun vəziyyətinin də ağır olduğu bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Kinoloji xidmətin itlərindən hər hansı reaksiya olmasa təmizləmə işlərinə başlanacaq. Sonra isə binanın qalıb qalmaması və ya sökülüb yenidən tikilməsi barədə qərar veriləcək".
Загрузка...
Загрузка...