Yaponiyalı karateçi Rafael Ağayevlə məşq etdi, Azərbaycan rəqsi oynadı – FOTO

Baxış sayı: 
90
2  
0  

 
 
Yaponiyalı karateçi Ken Nisimura Bakıya gəlib.
 
Oxu.Az-ın xəbərinə görə, 75 kq-da Yaponiyanı Tokio Olimpiadasında təmsil edəcək idmançı Bakıda əzəli rəqibi Rafael Ağayevlə dünən məşq də keçib.
Həm Olimpiya, həm də dünya reytinqində üçüncü sırada olan yaponiyalı karateçinin buraya gəlişinin əsl səbəbi bilinmir. Amma ehtimal edilir ki, o, Olimpiada öncəsi Rafael Ağayevin məşq prosesi ilə yaxından tanış olmaq istəyir.
 
Elə beşqat dünya çempionumuz Rafael Ağayev və Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da səbəbi bilmir. Yaşar Bəşirov ehtimal əsasında danışır:
 
“O, dünən Rafaellə ilk məşqini keçdi. Məşqçisi ilə birgə Bakıya gəlib. Biz ondan bura gəlişinin səbəbini soruşmamışıq. Qonaqdan bunu soruşmaq düzgün deyil. Amma belə başa düşürük ki, həmişə beynəlxalq yarışlarda qarşılaşdığı Rafael Ağayevin necə məşq keçməsini öyrənmək istəyir. Bu gün saat beşdə yenə bizim komanda ilə birgə məşq keçəcək”.
 
Yeri gəlmişkən, o, dünən Rafael Ağayev, eləcə də, kumite millimizin türkiyəli baş məşqçisi Bahattin Kandaz, karateçilər – Ayxan Mamayev və Tural Ağalarzadə ilə birgə şam yeməyində iştirak edib. Ken Nisimura hətta Azərbaycan rəqsi zamanı da oynamaq üçün mərkəzə çağırılıb.

Загрузка...
Загрузка...