​“Yanvar ayında intiharlar ona görə artır ki...” -PSİXOLOQ RƏYİ...

Baxış sayı: 
227
0  
0  

Vəfa Əkbər: “İnsanların yanlış inanclarla özlərini kodlaşdırması ağır nəticələrə səbəb olur”
 
 
Yeni ilin ilk günündən etibarən baş verən intiharlar yenidən bütün diqqəti bu problemə yönəltməkdədir. Maraqlıdır, yeni ilin ardınca intiharların artması nə ilə bağlıdır? Bu iki olay arasında hər hansı psixoloji bağlantı mövcuddurmu?
Moderator.az-a açıqlama verən psixoloq Vəfa Əkbər məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Təbii ki, problem psixoloji amilərdən qaynaqlandığı üçün işi də bu sahədə aparmaq lazımdır. Yeni il yeni arzular, yeni uğurlar, yeni səhifələr deməkdir. Insanlar yeni ildən çox şey gözləyirlər. Yanlış olaraq belə düşnürlər ki, hər şey insandan deyil, yeni ildən asılıdır. “Bu il mənə düşmədi, gələn il düşəcək” kimi bir motivlə hərəkət edirlər. Əslində isə 31 dekabrla 1 yanvar tarixi arasında heç bir fərq yoxdur. Insanların bir çoxu isə belə düşünür ki, yanvarın 1-dən böyük bir tendensiya baş verəcək. Onların həyatında böyük bir dönüş baş verəcək. Onlar psixoloji olaraq buna özlərini inandırırlar. Ayın ilk günlərində heç bri şey dəyişmədikdə isə gərginlik yaşayırlar. Başqa sözlə desək, məqsədə gedən yolda qarşılarına böyük əngəllər çıxır və bu əngəllər onlarda nefroz yaardır. Bu nevroz isə özünü bəzi insanlarda daxili aqressiya ilə büruzə verir. Bu, özgüvənin sarsılması, özünənifrətlə müşahidə edilir və intihara yol açır.
 
Statistikaya nəzər salsaq görərik ki, yanvar ayında intiharların sayı daha çox olur. Bu, yeni illə bağlı yeni ümidlər və motivasiyalar ilə bağlıdır. İnsanların bir qismi müəyyən çapa göstərəndən və nəticə əldə etməyəndən sonra düşünürlər ki, baş verənlərdə onların rolu, önəmi yoxdur, ilin, günün, ayın önəmi varr. Onlar bu cür yanlış inanclarla özlərini kodlaşdırrılar. Belə kodlaşdırmanın nəticəsi isə göz önündədir.
Yanvar həm də depressiv ay hesab edilə bilər. Bu, soyuq aydır. Insanlar özlərinə qapanır, çox da çölə çıxa, gəzə bilmirlər. İnsnalaırn bir çoxu tətildə olur. Hər kəs öz evinə yığışır. Dost-tanışla maraqlanmaq halları əvvəlkindən daha az olur. Bu da öz növbəsində  intiharların artmasına təsir edir”.
 

Загрузка...
Загрузка...