"Yalandır, Niyam 1 manat da xərcləməyib" - Samirdən cavab

Baxış sayı: 
52
2  
0  
Müğənni Samir Piriyev Niyam Salami ilə aralarında yaşanan qalmaqaldan danışıb. 

Turaninfo.org  axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Ən yaxşısı" verilişində Salaminin yalan danışdığını deyib. 

Samir Niyamın "Samirə görə 30 min itirdim. Azdır? Kim-kimə verir indi bunu?" sözlərinə etiraz edib:

"Yalan söhbətdir. O, biznesə bir manat da pul qoymayıb. Burada nə Niyam, nə mən günahkaram. İşi apara bilmədik. 

Niyam yemək işlərini yaxşı bilir. Amma Türkiyədə idarəçilik fərqli idi. Biz mövsümün yarısını itirdik. Burada Niyamın üstünə düşə bilmərəm. Çox böyük əziyyət çəkdik.

Oranı kirayə götürmüşdük. Təmirə pul qoydum. Niyam bilmirəm 30 mini nəyə xərcləyib? Maşınını satıb, öz problemini həll edib. Ondan küsməmişəm. O, məndən küsüb".

Qeyd edək ki, Niyamla Samir Bodrumda restoran açmışdı. Müğənnilər daha sonra işbirliyinə son qoyublar.

Загрузка...
Загрузка...