​Xüsusi təyinatlılar göndərildi, Putin imkan versə, Sarkisyan... - Azərbaycanlı politoloq HƏR ŞEYİ AÇDI

“Serj Sarkisyan qansız bir insandır. O, illər öncə hakimiyyətə gələndə də 31 nəfəri Rusiyanın "Alfa" qrupu ilə birlikdə öldürməklə, yəni Küçə Manifesti Partiyasını zor gücünə dağıtmaqla prezident olmuşdu. İndi də hakimiyyətinin formasını dəyişib ölkədə bütün sahələrə nəzarət etmək istəyir. Əhali də buna qarşı ayağa qalxıb. Və cəsarətlə Sarkisyanın hegemonluğuna qarşı çıxdıqlarını, Qarabağ klanının Ermənsitana rəhbərlik edə bilməyəcəyini bəyan edirlər”.
Bu sözləri Publika.az-a politoloq Qabil Hüseynli Ermənistanda baş nazir postuna seçilən Serj Sarkisyana qarşı baş qaldıran etiraz aksiyalarını dəyərləndirərkən deyib.
 
 
Politoloq bildirib ki, istənilən halda qarşıdurma qaçılmaz olacaq:
Xalq kifayət qədər fəaldır. Bütün idarəetmə orqanlarının binaları mühasirəyə alınıb. Sarkisyanın özü isə kabinetindən çölə çıxa bilmir. Məsələnin digər tərəfi isə Rusiyadır. Bu ölkə Sarkisyanın baş nazir seçilməsindən bir neçə dəqiqə sonra təbrik mesajı yolladı. Rusiya bununla bildirdi ki, biz onun arxasındayıq. Bundan başqa, İrəvana tankların yeridilməsi haqqında məlumatlar da yayılıb. Xalqın inqilabını zor gücünə dağıtmaq istəyirlər. Sarkisyan bu dəfə silaha əl atsa, onun özü üçün Ermənistanda yaşamaq belə çətin olacaq. Hər halda, hadisələrin inkişafı qarşıdurmaya doğru aparır.
Sarkisyana qalsa, əhalinin belə qəzəbli çıxışları önündə geri çəkilə bilərdi. Ancaq Rusiya bu məsələdə ona təzyiq göstərir və hakimiyyətdən getməməsini tələb edir. Ona görə də Sarkisyan özünü ürəkli aparır. Hətta, Rusiyadan xüsusi təyinatlı dəstələrin İrəvana göndərilməsi bu təzyiqin bir parçasıdır. Hər bir halda, bir neçə gündür davam edən “Mərxməri inqilab” artıq öz məqsədlərinə çatıb. Əhali göstərdi ki, Sarkisyan öz xalqının içində deyil və xalq Dağlıq Qarabağ ermənilərini özlərindən hesab etmirlər. Bütün bu proseslər nəticəsində gördük ki, Sarkisyanın xalq arasında nüfuzu yoxdur və xalq ona, onun komandasına nifrət edir. Başqa cür də ola bilməz. Köçaryandan başlayaraq, Qarabağ klanı Ermənistanda bütün sahələri öz əllərinə keçirir. Siyasətdə bütün nazirlər Qarabağ klanından gətirilib. İqtisadiyyatda da oliqraxların, inhisarçıların çoxu bu klandan gəlib. Bu həyasız adamlar erməni xalqının qanının sovurmaqda davam edir. Ona görə də Ermənistanda əhali bir daha geri qayıtmamaq şərtilə, xarici ölkələrə üz tutur.
Sarkisyan 10 il prezident postunda əyləşib. Sonra ölkədəki siyasi sistemi dəyişərək parlamentari sisteminə keçdi. Baş nazirə elə səlahiyyətlər verdi ki, prezidentinkindən də yüksək dərəcəli oldu. Ancaq xalq buna razı olmadı və öz iradəsini ortaya qoydu.
Özü də bu gün meydanda olan müxalifətin başında çox da tanınmayan parlamentari Paşinyan durur və proseslərə rəhbərlik edir. Ancaq müxalifətin digər üzvlərini – Ter Petrasyan, Abramyanın və digərlərinin, nədənsə, səsələri eşidilmir. Yəqin ki, bu da bir taktikadır. Bir sözlə, Ermənistanda vəziyyət olduqca gərginləşib. Əgər ruslar müdaxilə etməsə, Gümrüdəki hərbi bazaların əsgərləri İrəvana göndərilməsə, proseslər təkcə erməni xalqının ümidinə qalsa, Sarkisyan hakimiyyətdən uzaqlaşacaq. Müdaxilə olunduğu təqdirdə isə qan töküləcək. Çünki camaat bir neçə gündür ayaq üstündədir və eyforiya halındadır. Belə kütləni hər hansı yolla nəzarət altına almaq çətin məsələdir".
Qabil Hüseynli qeyd edib ki, Sarkisyanın hakimiyyətdən gedəcəyi təqdirdə Dağlıq Qarabağ problemi yumşaq həll prosesinə keçəcək:
“Hakimiyyət dəyişilsə, Serj Sarkisyanın olduğu müddətdən daha fərqli bir mərhələ başlayacaq. “Xocalı soyqırımı”nı törədən adamdan danışırıq. Həddən artıq radikal mövqedə dayanırdı və danışıqlar prosesində qeyri-konstruktiv, qeyri-məqbul münasibət nümayiş etdirməklə münaqişəni daha da alovlandırırdı. Bu nöqteyi-nəzərdən kim gəlirsə-gəlsin, o, Sarkisyana nisbətən konstruktiv mövqe sərgiləyəcək”.
Zümrüd

Загрузка...
Загрузка...