​Xətai rayonunda yenidənqurma işləri sürətlənir, abad həyətlər salınır - VİDEOREPORTAJ

Baxış sayı: 
74
1  
0  

 
Xətai rayonunda yenidənqurma işləri sürətlə davam edir. Rayonda yolların asfalt örtüyü yenilənir, işıq dirəkləri qurulur, yol kənarlarında yaşıllıqlar salınır, səkilər təmir olunur. Bununla yanaşı mərhələli şəkildə yaşayış binalarının həyətində Abad məhəllələr salınır. Sakinlərin istirahəti üçün hər cür şərait yaradılır.
 
“Yeni Müsavat”ın reportyor qrupu olaraq görülən işlərlə tanış olmaq üçün Məzahir Rüstəmov küçəsi 15 ünvanına baş çəkdik. Parkda oyun meydançasından uşaq atraksionlarına qədər hər cür şərait yaradılıb. Binanın fasadı, lift problemi də həll olunub.
 
Yenidənqurma işləri Məzahir Rüstəmov küçəsi 2 ünvanında da davam edir, yaşıllıqlar salınır.
 
Nəsrəddin Tusi küçəsi 9-11 ünvanında binaların həyətində də abad həyət salınıb və insanların ixtiyarına verilib. İcra nümayəndəsi Qafur Rəhmanov İnqilab İsmayılov 56-58-ci binaların sakinləri də abadlığa çıxanlar arasındadır. Belə ki, həyətdə salınan geniş parkda həm uşaqlar, həm də yaşlılar üçün hər cür şərait yaradılıb. Burada öncədən salınan qanunsuz hasarlanmış bağlar sökülüb. İnqilab İsmayılov küçəsi boyunca asfalt örtüyü yenilənib, yol kənarları abadlıaşdırılıb və yaşıllıqlar salınıb.
 
Yaşıllaşdırma işləri Naximov küçəsi 6- 6 a ünvanında da davam edir.
 
Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da bildirdi ki, görülən işlər vətəndaşların həyat şəraitini yaxşılaşdırmağa yönəlib.
 
Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.
 
 
 
Nərgiz Liftiyeva,
 
Rafet Şahbazov,
 
 
Müsavat.com

Загрузка...
Загрузка...