Xəstəxana son durumu açıqladı: "Fatih Terim öskürəkdən şikayətçidi"

Baxış sayı: 
74
2  
0  
Koronavirusa yoluxan Fatih Terimin yerləşdirildiyi özəl xəstəxana açıqlama yayıb.
 
Fanat.Az xəbər verir ki, şəfa ocağı virusa yoluxduğu martın 23-də bilinən "Qalatasaray”ın çalışdırıcısının öskürəkdən şikayətləndiyini bildirib:
 
"COVİD-19 testi müsbət çıxan Fatih Terimin müalicəsinə başlamışıq. Hazırda yalnız xəfif öskürəkdən şikayət edən Terimin səhhətində başqa ciddi problem müşahidə olunmur. Onun sağlıq durumu nəzarətdə saxlanılır”.
Загрузка...
Загрузка...