Xəstələri müalicə edən 4 məşhur professor koronavirusun qurbanı oldu - ŞOK

Baxış sayı: 
151
2  
0  

Son bir neçə həftədə Türkiyənin 4 tanınmış professoru koronavirus qurbanı olub.
Turaninfo.org  xəbər verir ki, Türkiyənin ən önəmli təbiblərinin yetişdiyi, İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin daxili xəstəliklər professoru Cəmil Taşçıoğlu koronavirusdan vəfat edib. 68 yaşlı Taşçıoğlu Türkiyədə koronavirusa yoluxan ilk xəstənin həkimi idi. Acı xəbəri onun oğlu Onur Taşçıoğlu sosial media hesabından açıqlayıb.
Həyatını itirən professorlardan biri də Feriha Özdür. Bu barədə professorun tələbələri instaqramda məlumat yayıb.
Tibb dünyasının görkəmli simalarından olan Fevzi Aksoy Gyote İnstitutunun qurucularından biri idi. Bir müddət əvvəl koronavirus diaqnozu ilə reanimasiyaya yerləşdirilən məşhur professor xəstəliyə qalib gələ bilməyib.
Urologiya professoru Sedat Tellalloğlu da virus nəticəsində 85 yaşında dünyadan köçüb.
Koronavirusa yoluxan təqaüdçü professor Dr. Murat Dilmenerin isə hazırda süni tənəffüs aparatına bağlı olduğunu və ağır xəstəliklə mübarizə apardığı deyilir.

Загрузка...
Загрузка...