​Xəstə Krupskayanın güdazına gedən Lenin – 240266 saylı 23 cildlik cinayət işi

1919-cu ilin yanvar ayında baş verən bu hadisə heç bir siyasi xarakter daşımayıb, cinayətkar dəstənin məqsədi sadəcə soyğunçuluq olub. Hədəfin seçilməsi də sırf təsadüfi baş verib. Amma bu təsadüf yeni qurulmuş sovet hökumətində çox şeyləri dəyişə bilərdi. Çünki bu hadisədə ən kiçik bir ehtiyatsızlıq, yaxud yanlış bir addım Leninin ölümünə bərabər idi.
bu günə qədər də arxivlərdə saxlanılan 23 cildlik 240266 saylı cinayət işi haqqında yazını təqdim edir.
Uzun illər bu cinayət işi haqqında ictimaiyyətə və mətbuata açıqlama verilməyib. “Tam məxfi” qriflər qovluqlardan götürüldükdən sonra Leninlə bağlı olan bu olayın bütün detalları aydın olub.
6 yanvar 1919-cu ildə Lenin axşam saat 5-6 radələrində öz xidməti avtomobilində Sokolniki rayonu ərazisində yerləşən xəstəxanada müalicə olunan Krupskayanı ziyarət etməyə gedir. Maşında Leninlə birgə bacısı Mariya Ulyanova, şəxsi mühafizəçisi İvan Çabanov və bir də sürücü Stepan Gil olur.
Qarlı-çovğunlu havada xəstə yanına tələsənlər yolda olduqları ərəfədə elə həmin rayonda, kiçik bir mənzildə içki süfrəsi arxasında Koşelkov və dəstəsi yeni plan çızırlar. Arbatda hədəf seçilmiş “obyekt”i soymaq. Soyğunçu dəstənin “əməliyyat”ı həyata keçirmək üçün bir porlemi yaranır. Sokolnikidən Arbata məsafə çox olduğundan onlar hansı yolla olursa-olsun maşın əldə etməlidirlər. Dəstə yekdil şəkildə qərar qəbul edir: Şosseyə çıxıb ilk qarşıya çıxan maşını sahibindən almaq.
Beləliklə, Koşelkov və 6 nəfər dəstə üzvü yolun kənaranı çıxırlar. Uzaqdan gələn maşının işığı görünəndə “komanda” hazır vəziyyətdə durur. Maşın yaxınlaşan kimi dəstənin 3 üzvü silahla Leninin avtomobilinin qarşısına çıxır. Sürücü Stapan Gil istintaqa verdiyi ifadədə həmin anı belə xatırlayıb:
“3 nəfər silahlı yolun ortasına atılaraq, saxla maşını",- deyə qışqırmağa başladılar.
Qərara gəldim ki, saxlamayım, aralarından keçib uzaqlaşım. Bu şəxslərin quldur, soyğunçu olduqlarına şübhəm yox idi. Elə bu məqamda arxa oturacaqda əyləşən Vladimir İliç maşını saxlamağı göstəriş verdi:
- Stepan, maşını saxla, görək bunlara nə lazımdır. Bəlkə patrul xidmətinin əməkdaşlarıdır.
Maşının arxasından isə qışqırıq səsləri kəsilmirdi:
- Saxlayın maşını, atəş açacağıq.
Lenin bunu eşitdikdən sonra qəti şəkildə əmr verdi:
-Saxla maşını...
Maşını saxlayan kimi dərhal qapıları açdılar. Lenini, Mariya Ulyanovu, mühafizəçini çox kobud şəkildə maşından düşürdülər. Lenin tez-tələsik cibindən “buraxılış vəsiqəsi”ni çıxardıb onlara göstərdi:
- Siz nə edirsiniz? Mən Leninəm, bu da mənim vəsiqəm.
Koşelkov tapançanı Leninin başına dirəmişdi və yəqin ki, sərxoş olduğundan onun dediklərini yaxşı anlamırdı, hətta adını da səhv eşitmişdi:
- Nə olsun Levinsən, mən Levin tanımıram.
O, əlini Vladimir İliçin ciblərinə salıb nə varsa götürdü. Qeyd dəftərçəsini, pulqabını, vəsiqəni və bir də tapançanı. Məni sanki yaddan çıxarmışdılar. Hələ ki, sükan arxasında əyləşmişdim. Tapança əlimin altında idi. Amma heç bir hərəkət edə bilməzdim. Çünki tapançalar yerdə olanların gickahlarına dirənmişdi. Bir göz qırpımında məni də yerə salıb maşına minib uzaqlaşdılar.
Maşın uzaqlaşandan sonra Lenin təəssüf və həm də əsəbi halda pıçaldayırdı:
- Əhsən, silahlı adamlar, soyğunçuluq, maşınımızı da apardılar...
Mən özümü günahkar hiss edirdim və Vladimir İliçə nəyə görə atəş açmamağımı izah etməyə çalışırdım. Lenin mənimlə razılaşırdı:
- Stapan, sən atəş açsaydın bu quldurlar bizi məhv edəcəkdilər...”
Quldur dəstəsi hadisə yerindən uzaqlaşdıqdan sonra əldə etdikləri “qənaət”ə nəzər salırlar. Pulqabında qəpik-quruş olur. Dəftərçədəki qeydlər soyğunçular üçün mənasız görünür. Tapanca qazanc sayılır. Vəsiqə...
Vəsiqə isə Koşelkovu “şok” vəziyyətinə salır. Levin kimi qəbul etdiyi adam Lenin imiş. Tez dəstəsinə tapşırır ki, maşını atıb qaçmaq lazımdır. Belə də edirlər.
Bu həmin Koşelkov idi ki, Moskva çekistlərinin yuxusuna haram qatmışdı. Bu həmin Koşelkov idi ki, üstündə 22 çekisti öldürdüyünə görə, qalaq-qalaq cinayət işləri var idi.
Həmin axşam bütün Moskva ayaqüstə qaldırılır, Leninin mühafizəsi gücləndirilir. Axtarış-əməliyyat tədbirlərinə əlavə qüvvələr cəlb olunur. Qərar qəbul olunur ki, cinayətkarlar ən ağır cəzaya, güllələnməyə məhkum olunmalıdırlar. Öncə Koşelkovun dəstəsindən 3 nəfər ələ keçirilir. Onlardan biri ölüm hökmündən xilas olmaq üçün düzgün ifadə verməyi, Koşelkovun yerininin müəyyənləşdirilməsində yardımçı olacağını söyləyir. Beləliklə, cinayətin baş müəllifinin yeri müəyyənləşir.
Əməliyyat zamanı Koşelkovun dəstəsindən iki nəfər yerindəcə məhv edilir. Özü isə yenidən qaçmağa müvəffəq olur. O adəti üzrə eyni zamanda iki tapanca ilə “mübarizə”sini davam etdirir. Ancaq küçə savaşları çox davam etmir. Koşelkov baş əməliyyatçı Martınovun sərrast atəşinə tuş gəlir...
Koşelkovun evində axtarış zamanı Leninin əşyaları da aşkar olunur, onlar yenidən proletariatın rəhbərinə qaytarılır. Çox kiçik bir dairədə isə Vladimir İliçin silahdaşları bu olayı belə adalandırırlar: “Xəstə Krupskayanın güdazına gedən Lenin...”
İlham Cəmiloğlu

Загрузка...
Загрузка...