​Xocavənddən olan məcburi köçkünlərin qələbə sevinci FOTO VİDEO

Baxış sayı: 
274
1  
0  

 
 
 
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad edib.
 
Musavat.com xəbər verir ki, bu gün Müdafiə Nazirliyi Beyləqan rayonunda salınan 500 ailəlik Xocavənd qəsəbəsinə qələbə xəbərini fərqli şəkildə çatdırıb.
 
Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin, “Azərbaycan Ordusu” qəzeti redaksiyasının əməkdaşları “Sən qalib gələcəksən!”, “Qalibiyyət döyüşü” və “Böyük Qələbə uğrunda” təşviqat vərəqələri, “Azərbaycan Ordusu” qəzetinin xüsusi buraxılışları, bukletlər sakinlərə paylanıb.
 
 
Səsgücləndirici maşınlar vasitəsilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları və döyüşlər barədə operativ məlumatlar sakinlərə çatdırılıb.
 
Küçələrə çıxan yüzlərlə insan əllərində üç rəngli Azərbaycan bayrağı ilə qələbə sevincini bir daha Ordumuzla bölüşüb.

Загрузка...
Загрузка...