Xələf Xələfov niyə təkrar nazir müavini oldu? - Mühüm

Baxış sayı: 
120
2  
0  

 
Artıq Xələf Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsini tərk edib. Bundan sonra Xələf müəllim nazir müavini vəzifəsində çalışacaq.
 
Axar.az xəbər verir ki, bu sözləri Unikal.org-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
 
L.Abdullayeva həmçinin bildirib ki, X.Xələfov Gürcüstanla Azərbaycan arasında mübahisəli sərhəd məsələsi ilə bağlı ciddi işlər aparacaq.
 
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub.
 
Xələf Xələfov 1997-ci ildən 2018-ci ilə qədər - 21 il Xarici İşlər nazirinin müavini vəzifəsini yerinə yetirib. 2018-ci ilin dekabr ayında isə o, Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Загрузка...
Загрузка...