Xızıda dələduz bələdiyyə sədrini kim müdafiə edir? Prokurorluq cinayət işinin araşdırılmasına maraqlı deyil

Baxış sayı: 
42
2  
0  
Xızı rayonunda baş verən məmur özbaşınalıqları ilə bağlı kifayət qədər məlumatlar dərc etmişik. 

 

Belə ki, Xızı bələdiyyəsinin keçmiş sədri və hal-hazırda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırov bələdiyyə sədri işləyən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan torpaqları ata malı kimi satıb. Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Maraqlısı isə budur ki, qarşı tərəf məlumatları nə təsdiq, nədə təkzib edir.

Əldə etdiyimiz dəqiq məlumatlara görə, Xızı rayon prokurorluğunda hazırkı bələdiyyə sədri Xaliq Qasımov barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Onuda nəzərinizə çatdlraq ki, bələdiyyə sədri X. Qasımov vətəndaş Xəqani Məmmədovun etibarından sui istifadə edərək ondan torpaqların sənədlərinin hazırlanması üçün 100000 manat almışdır. Sonradan məlum olmuşdur ki, Xaliq Qasımov bu işdə “ağsaqqalı” Mövsüm Bağırov ilə əlbir olaraq qara yollarla qazanc əldə ediblər. Lakin cinayət işində M. Bağırovun nəinki adı hallanmır, hətta bələdiyyə sədrinə “krişalıq” da edir.

Rayon prokurorluğu isə bələdiyə sədri X. Qasımovu və “ağsaqqalı” M. Bağırovu mümkün qədər müdafiə edir. Təbii ki, bu barədə Baş Prokuror cənab Zakir Qaralova yenidən müraciət olunacaq. Xızı rayon sakinlərinin bildirdiyinə görə, Mövsüm Bağırov Altıağac Milli Parkını bir qismini kirvəsinə qurban edib. Bu günlərdə məhz M. Bağırovun Altıağac Milli Parkından satdığı hasarlanmış ərazi sökülərək parka təhvil verilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan torpaqlar tam boşaldılmayıb.

Sual yarana bilər. Nə üçün aidiyyəti qurumlar M. Bağırovun törətdiyi əməlləri araşdırmır? Nə üçün zəbt etdiyi ərazi yenidən Altıağac Milli Parkına verilmir? Altıağac Milli Parkı bu qədərmi sahibsizdir? Parkın direktoru kimdən və nədən çəkinir? Görünür, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırov olduqca tədbirli və arxalı məmurdur. Özünün dediyi kimi “Pulumu verib işimi aşırdaram” ifadəsi şübhələri daha da artırdı. Bu günlərdə əldə etdiyimiz daha bir məlumat isə M. Bağırovun kimlər tərəfindən müdafiə olunduğunu sübüt etdi.

Dosye.org olaraq bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan torpaqlar qeyri şərtsiz boşaldılmalı və həmən torpaqları satan şəxslər qanun qarşısında cavab verməlidir. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın.

Dosye.org

P.S. Ekologiya Və Təbii Sərvətlər Nazirliyindən Mövsüm Bağırovun vəkili kimi çıxış edən nümayindələrin diqqətinə fotoları çatdırırıq. Bunlardan əlavə Altıağac Milli Parkın direktoru and aman edirdi ki, bir qarış torpaq belə satılmayıb. Satılan torpaqlar isə bələdiyyənin balansında olan torpaqlardır. Cənablar, buyurun fotoları sizlərə təqdim edirik.

 
Загрузка...
Загрузка...