​Xırdalanda qorxunc hadisədə xəsarət alan məktəblilərdən YENİ XƏBƏR - FOTO/VİDEO

Baxış sayı: 
124
2  
0  

Təhsil Nazirliyi Xırdalanda avtomobilin vurduğu 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucova ilə bağlı məlumat yayıb.
 
Publika.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məktəbə gedərəkən minik avtomobilinin vurub ağır xəsarət yetirdiyi şagirdlərin hər ikisinin ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıldığını, hzırda isə müalicələrini Bakı City Hospitalda davam etdirdiklərini bildirib: "Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".
 
*****
 
Dünən Xırdalan şəhərində avtomobil 2 məktəbli qızı vurub.
 
Publika.az xəbər verir ki, Heydər Əliyev prospektində “Mercedes C Class” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarı ilə gedən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan iki qızı vurub.
 
Məktəblilərdən birinin dizi, digərinin isə onurğa sütunu sınıb. Onların ikisi də Kliniki Tibbi Mərkəzə aparılıblar.
 
Onurğasından ağır xəsarət alan 14 yaşlı Fidanın vəziyyətinin ağır olduğu bildirilir.
 
Hadisənin başvermə anı yaxınlıqdakı müşahidə kamerasına düşüb.
 
Faktla bağlı araşdırma aparılır.
 

Загрузка...
Загрузка...