Xeops ehramı: Piramidanı neçə nəfər tikib? – Tarixi sirr açılır

Baxış sayı: 
127
2  
0  

 
Dünyanın “Yeddi möcüzə”sindən biri olan Böyük Giza piramidası, digər adıyla Xeops ehramı minlərlə il yaşı olan bir abidədir. Qədim Misirdə belə bir nəhəng abidənin necə inşa dildiyi öz sirrini qorusa da, ehramın tikintisində neçə nəfərin işlədiyini hesablamaq mümkündür.
 
Xeops piramidasının inşasından bəri 4600 ilin keçdiyi nəzərə alınanda, abidənin günümüzə qədər sağlam şəkildə çatması təəccüblü görünür. Ehramın sahəsi 2.6 milyon kubmetrdir, hündürlüyü isə 146.6 metrdir. Bu nəhəng abidənin necə tikildiyini heç vaxt bilməyə bilərik, amma onun inşasında neçə nəfərin çalışdığını öyrənmək mümkündür.
 
Ehramın hər kubmetrinin 2.6 ton ağırlığında olduğu ehtimal edilir, ümumi çəkisinin isə 6.75 milyon ton..
 
Orta hesabla çəkisi 70 kq olan bir kişi gündə təxminən 7.5 meqajoul enerjiyə ehtiyac duyur. İnşaat üçün göstərdiyi səy bu enerjini ən az 30 faiz artıracaq. Bu artımın təxminən 20 faizi gündə təxminən 450 kilojoula bərabər məhsuldar bir işə çevriləcək. Piramidanın potensial enerjisinin 450 kilocoula çevrilməsi, ehramın bir nəfər tərəfindən 5.3 milyon ilə tikilməsi deməkdir. Bir çalışma ilini 300 gün götürsək, 20 il davam edən bu işdə təxminən 900 nəfərin işləməsi lazımdır.
 
Daşları qalxan infrastuktura yerləşdirmək və kəsilmələrini düzgün şəkildə həyata keçirmək üçün daha çox işçi lazımdır. Proyektə 20 ildə 2.6 milyon kubmetr daş kəsmək üçün ildə 300 gün işləyən və adambaşına 0.25 daş hazırlayan, təxminən 1500 nəfərə ehtiyac var.
 
Yəni, inşaatda çalışan işçilərin ümumi sayı 3300 nəfər olacaq. Mühəndislər, təşkilatçılar, nəqliyyat, alətlərin hazırlanması, tikinti sahəsində yaşayış yerinin inşası və baxımı, yemək və paltaryuma işlərini də nəzərə alsaq, bu rəqəm iki dəfə arta bilər.
 
Arxeoloqlar 1990-cı illərdə işçilərin yerləşdirildiyi bir yaşayış məskənini ortaya çıxardılar. Bu da orada 20000-dən çox insanın yaşadığı ortaya çıxardı.
 
Piramidanın inşası vaxtı Misirdə 1.5-1.6 milyon insanın yaşadığı ehtimal edilir.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...