Xatun verilişdən getdi: aparıcını o, ƏVƏZ EDƏCƏK - ÖZƏL

Atv-də yayımlanan “Zarafat-zarafat” verilişinin aparıcısı dəyişib.
Publika.az xəbər verir ki, müğənni Xatunun aparıcılığını etdiyi verilişi bundan sonra Mətanət Əliverdiyeva idarə edəcək.
Proqramdan ayrılma səbəbini öyrənmək üçün müğənni ilə əlaqə saxladıq. O, saytımıza açıqlama verərək, bunları dedi:
“Bizim bir illik müqaviləmiz var idi. Ona görə verilişlə vidalaşdım. Ancaq Atv ilə iş birliyimiz davam edir. Bundan sonra “Eks-bacanaqlar” serialında çəkiləcəm”.
Qeyd edək ki, Xatun serialda Taleh obrazının qayınanası rolunu canlandıracaq.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...