​Xatirə İslamın səhhəti pisləşdi: “Dərmanlar məni məhv etdi”

Baxış sayı: 
108
1  
0  

“Narahat olmayın, hər şey normaldır. Mədəmdən müalicə alıram, düz 8 aydır ağrıyırdı. Görək bundan sonra necə olacaq... Yəqin ki, çox yeməkdəndir. Estetik əməliyyat etdirdiyimi düşünənlərə demək istəyirəm ki, insan ağzını tam bağlayıb ac qalmasa heç vaxt arıq ola bilməz. Yediyimiz-içdiyimiz su belə kökəlmə verir, bu isə bütün qidaların süni olması və yaşayış tərzimizə bağlıdır. Əsəb, stress və s.”.
 
Publika.az xəbər verir ki, bu sözləri xəstəliyi ilə bağlı İstanbula müalicə almağa gedən müğənni Xatirə İslam instaqramda yazıb. O, son aylarda 16 kq kökəldiyini qeyd edib:
 
“59-dan 76-ya gəldim, buna Bakıda etdiyim qeyri-peşəkar müalicə səbəbkardır. Yemədən dərmanlar məni məhv etdi. Çünki oğlum Emilə ya bacı, ya qardaş arzulayırdım. Çox uğursuz müalicə oldu, sonda çəkim bu qədər artdı. Boşuna şişməyim özümə qaldı. Vaxtı gələndə hansı həkimə inanmaq lazım olduğunu yazacağam. Özünüzün qədrini bilin, can ağrımağa başladısa insana nə gözəllik maraqlıdır, nə də estetik əməliyyatlar. Mənə də dualar edin ki, sağ-salamat evimə, ailəmin və balamın yanına gəlim”.

Загрузка...
Загрузка...