Xatirə İslamın böyük YALANI ÜZƏ ÇIXDI - FOTO

Baxış sayı: 
62
1  
0  

Müğənni Xatirə İslam paltarının qiymətini 3 qat baha deyib.
 
Publika.az xəbər verir ki, məşhur müğənni dünən Zaur kamalın “5/5”-də verilişində qonaq olub. Verilişin aparıcısı müğənnidən geyindiyi libasın qiymətini soruşub. Xatirə İslam isə cavabında bildirib ki, paltar 7000 manata başa gəlib.
 
Sözügedən libası yerli moda evlərindən biri hazırlayıb. Biz moda evi ilə əlaqə saxlayıb öyrəndik ki, Xatirə İslam verilişdə libasın qiymətini şişirdib. Məlum olub ki, libas 7000 manata yox, 1900 manata başa gəlib.
 
Bu, birinci dəfə deyil ki, Xatirə İslam bahalı geyimləri ilə gündəm yaradır. Bundan əvvəl o, özünə Cennifer Lopes, Beyons və Sibel Can kimi ulduzların libaslarının eynisindən tikdirmiş və qiymətlərini çox yüksək demişdi.

Загрузка...
Загрузка...