​“Xarici hərbi kadrların ölkəmizdə hazırlığı Azərbaycanın uğurudur”

 
 
Məlum olduğu kimi, Əfqanıstandan olan bir qrup hərbçi Azərbaycanın hərbi məktəblərində təhsil alacaq.
 
Maraqlıdır, xarici ölkələrin hərbi kadrlarının Azərbaycanda hazırlanması ölkəmizin hərbi məktəblərindəki təhsilin yüksək səviyyədə olmasının isbatı hesab edilə bilərmi?
 
Moderator.az -a açıqlama verən hərbi ekspert Azad İsazədə bu qənaəti bölüşdüyünü qeyd etdi:
 
“Bu, birmənalıdır. Azərbaycan hərbi məktəblərinin tarixi SSRİ dönəminə gedir. O vaxt Bakı Hərbi Donanma məktəbində nəinki bütün SSRİ-dən, ərəb ölkələrindən, Afrikadan gələn hərbi kadrlar təhsil alırdı. Belə bir təcrübə mövcud idi. Hansısa ölkə bura öz gələcək zabitlərini göndərirsə, deməli buna görə xərc çəkməyə də hazırdır. Əgər xərc çəkməyə hazırdılarsa, deməli bu məktəblərdə nə isə verirlər.
Xarici ölkələrin Azərbaycanın hərbi təhsil sisteminə göstərdiyi bu maraq həmin məktəblərdə tədrisin keyfiyyətini də qaldıracaq. Bu, ölkəmizin maraqları baxımından təqdirəlayiq bir haldır”.

Загрузка...
Загрузка...