Xanım Qafarovanın qızı Türkiyəyə səs salan FİLMDƏ: “Ona daş atırdılar, çox təsirləndim” - VİDEO

Baxış sayı: 
78
2  
0  

2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişən mərhum aktrisa, Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər, Mahsun Kırmızıgülün Türkiyədə səs salan “Mucize 2: Aşk” filmində rol alıb.
 
Ötən həftə filmin Türkiyədə keçirilən təntənəli qalasında iştirak edən Gövhər Qafarova layihə barədə təəssüratlarını Publika.az-la bölüşüb:
 
“Filmdə Mahsun Kırmızıgülün qızı rolunu oynamışam. Oradakı bir çox aktyorlar da məni Mahsun Kırmızıgülün qızına bənzədirdilər. Kiçik epizod olsa da, peşəkar aktyorlarla işləmək mənim üçün maraqlı oldu. Hər kəs mənə qayğı göstərirdi, “Azərbaycandan gələn qız” deyə müraciət edirdi. Aktrisa olmaq barədə qəti qərara gəlməmişəm, hələ uşağam. Əslində aktrisalıqla sənət kimi yox, hobbi olaraq məşğul ola bilərəm. Mahsun bəy isə mənə dedi ki, istedadlısan”.
 
 
 
Anası Xanım Qafarova haqqında xatirələrini bölüşən Gövhər bildirib ki, həyatda ən böyük dayağı nənəsi ilə xalasıdır:
 
“Xalamla nənəm o boşluğu doldurmağa çalışırlar. Xalamı iyləyəndə anamın qoxusunu alıram”.
 
Qeyd edək ki, Gövhər “Mucize 2” filminə Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali Group”un rəhbəri Mübariz Mənsimovun dəstəyi ilə çəkilib.
 
Aytən Məftun

Загрузка...
Загрузка...