Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı (FOTOLAR)

Baxış sayı: 
99
2  
0  

 
V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlıya məxsus şirkətlərin adları məlum olub.
 
Siyahını araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
 
Milli Məclisin keçmiş deputatı Xanhüseyn Kazımlıya aid şirkətlər:
 
1. "Humay Broyler" MMC - 2011-ci ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının oğlu Damir Kazımlıdır.
 
2. "Barat Kəndli (fermer) Təsərrüfatı” MMC - 2004-cü ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının qardaşı oğlu, "Muğanbank” ASC-nin İmişli filialının keçmiş müdiri Dəyanət Kazımovdur.
 
3. "Dəyanət Gələcəyə Baxış” MMC - 2013-cü ilin iyununda qeydiyyatdan keçib. Qanuni təmsilçisi Dəyanət Kazımovdur.
 
4. "Aqroflora” MMC - 2011-ci ilin iyulunda qeydiyyatdan keçib.Təsisçisi və qanuni təmsilçisi keçmiş deputatın oğlu Samir Kazımovdur.
 
5. "Faruz” MMC - 2001-ci ilin aprelində qeydiyyatdan keçib, qanuni təmsilçisi keçmiş deputatın qohumu Kazımov Daşqın Barat oğludur.

Загрузка...
Загрузка...