Xalq artistinin fanatları Röyanı İFŞA ETDİ - VİDEO

Baxış sayı: 
496
0  
0  

Xalq artisti Aygün Kazımovanın pərəstişkarları Əməkdar artist Röyanın yalanını ifşa edib.
Publika.az xəbər verir ki, Röya Ayxan bir neçə gün əvvəl çıxış etdiyi canlı yayımda Aygün Kazımovanın ona qarşı kompleksli olduğunu deyib. O, Kazımovaya ard-arda təriflər yağdırsa da, qarşı tərəfin çox böyük "Röya kompleksi" olduğunu əlavə edib.
O, “Aygün Kazımova ölməz əfsanədir. Amma mənə qarşı çox böyük kompleksi var. Bu yaxınlarda guya mənə barışıq əlini uzadıb. 15-16 yaşımda burnu yekə, eybəcər görüntülərimi paylaşıb. Bu, jest deyil. Hər dəfə tədbirlərdə onu görəndə yaxınlaşıb salam verirəm. “Altın Kelebey”i qazandım, onu paylaşıb məni təbrik edərdi. Ölkəmə bu mükafatı gətirdiyim üçün təşəkkür edərdi. Onda deyərdim ki, mənə jest edib. Onda gedib əlini öpərdim ki, mənə qarşı olan kompleksini atdı. Bilirəm ki, kompleksi özündən kənarlaşdıran deyil”, - deyə bildirib.
Röyanın bu açıqlaması Aygün Kazımovanın pərəstişkarlarını hiddətləndirib. Belə ki, Xalq artistinin pərəstişkarları Aygünün Röyanın uğurları və fəaliyyəti haqqında verdiyi açıqlamarın görüntülərini yayıb. Arxiv videolarda Aygün Kazımova Röya haqqında müsbət fikirlər bildirib, hətta onun çalışqan müğənni olduğunu söyləyib. Röyanın “Altın Kelebek” mükafatı qazanması barədə isə bunları bildirib:
“Uğurlar arzu edirəm, sağ əli olmayanların başına olsun. Bəziləri deyir ki, namizəddir də, bunu niyə böyüdüb xəbər elədi. Kiminsə zəhmətini əsla cılızlaşdırmayın. Bu, böyük uğur göstəricisidir”.

Загрузка...
Загрузка...