Xalq artistindən sinəni yumşaldan faydalı RESEPT - FOTO

Baxış sayı: 
90
1  
0  

Xalq artisti Mələkxanım Əyyubova karantin günlərindən faydalanaraq kulinariya qabiliyyətini inkişaf etdirməyə qərar verib.
 
Publika.az xəbər verir ki, tanınmış sənətçi sinəni yumşaldan az kalorili desert reseptini izləyiciləri ilə paylaşıb. Hazırladığı şirniyyatın fotosunu instaqramda bölüşən ulduz onun faydalarından söz açıb:
 
“Evdə olduğum müddətdə çoxdandır bişirmədiyim yeməkləri hazırlayıram. Bu gün də Şamaxı deserti olan sucuq hazırladım. ️Onu da qeyd edim ki, bu desertin tərkibi nişasta, su, zəfəran, şəkər tozu və qozdan ibarətdir. Sucuq çox qüvvətli desertdir. Sinəni yumşaldır, səs tellərinə xeyirdir”.
 
 
 
İnqredientlər:
 
1 lt soyuq su
 
1 armudu st. nişasta
 
1,5 armudu st. şəkər tozu
 
zəfəran
 
qoz ləpəsi
 
Hazırlanması:
 
Əvvəlcə lazım olan suyun bir qədəri ilə nişasta islağa qoyulur. Qoz ləpəsi nazik-nazik doğranılır.
 
Qalan su qazana tökülür, islanmış nişasta süzgəcdən keçirilir. Şəkər tozu və zəfəran əlavə edilərək bişməyə qoyulur. Tam bişənə qədər daima qarışdırılır. Sucuq bişəndə rəngi şəffaflaşır və qatılaşır. Bişmiş sucuğun üzərinə qoz ləpəsi səpilir. Soyuq halda yeyilir.
 
Yaxşı bişirilmiş sucuq doğrandıqda jelatin kimi bərk olmalıdır.

Загрузка...
Загрузка...