Xalq artisti: “Təzə ilin dövlətimiz və xalqımız üçün uğurlu olmasını arzu edirəm...”

Baxış sayı: 
111
1  
0  

Xalq artisti Niyaməddin Musayev Moderator.az-a açıqlamasında ötən il onun həyatında hər şeyin öz axarı ilə davam etdiyini bildirib. N.Musayev təzə ilin də dövlətimiz və xalqımız üçün uğurlu olmasını arzulayır:

“2018-ci il həyatımda hər şey öz axarı ilə davam etdi. Allaha şükür ki, ölüm-itim olmadı. Bir yaradıcı insan kimi mahnılarım gənclər tərəfində həmişə olduğu kimi ifa edildi. Bununla bağlı verilişlərdə iştirak etdim və özümə olan diqqət və qayğını gördüm. Dillər əzbəri olan “Dünya sənin, dünya mənim”, “El atası”, “Səni unutmaqdan ötrü”, “Röya”, “Gözlərin aladır yar” mahnılarım həmişəki kimi dillər əzbəri oldu. Təzə ilin də dövlətimiz və xalqımız üçün uğurlu olmasını arzu edirəm”. 

Загрузка...
Загрузка...